Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Rövnəq Abdullayev: “Kral öldü, yaşasın yeni Kral”

Rövnəq Abdullayev: “Kral öldü, yaşasın yeni Kral”
2-04-2024, 12:22 97 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ


“Futbola gəldiyim üçün peşmanlıq keçirmirəm”.

VETENİM-AZERBAYCANDIR.AZ -ın məlumatına görə, bunu AFFA-nın prezidenti Rövnəq Abdullayev milli assosiasiyanın növbəti konfransında deyib.

O, 20 ildir futbol cameəsində olduğunu xatırladıb:
“Pünik” üzərində qələbəni yaxşı xatırlayıram. 2006-cı ildə isə Ermənistan çempionu bizimlə oynamaqdan qaçdı. Bunlar sevindirici məqamlardır. Təbii ki, kədərli anlar da olub. Hər bir sevindirici anlar boş yerə çalışmadığımı göstərir. Futbola dəstəyinə görə ən böyük pay Prezident İlham Əliyevindir. Onun diqqəti sayəsində klublarımız sabit çıxış edirlər, heç bir maliyyə problemi yaşamırlar. Sponsorlar tapmağa çalışırıq. Ancaq sponsorsuz klub belə Premyer Liqada uğurlu çıxış edə bilir. Çempionat elə güclü səviyyədə keçir ki, artıq millimiz də yaxşı çıxış edəcək”.
Rövnəq Abdullayev FIFA və UEFA rəhbərlərinə də təşəkkürünü bildirib:
“Canni İnfantinoya və Aleksander Çeferinə təşəkkürümü bildirirəm. Onlar daim Azərbaycan futbolunun inkişafı üçün dəstəklərini veriblər. Onların bundan sonra da Azərbaycan futboluna dəstəklərini əsirgəməyəcəklərinə inanıram”.
O, sonda AFFA kollektivinə təşəkkürünü bildirib:
“Haqqınızı halal edin, hər şeyə görə çox sağ olun. Artıq futbola azarkeşlik edə bilərəm. Necə deyərlər, Kral öldü, yaşasın yeni Kral”.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI