01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
17:13 - Azərbaycanda Məhərrəm ayı başlayıb
17:11 - Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 107 il ötür
17:09 - Azərbaycanın 6 güləşçisi Avropa çempionatının finalına yüksəlib
17:08 - Nazir Məhsəti Allahyarovaya yüksək VƏZİFƏ VERDİ
17:06 - Ceyhun Bayramov İranın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib
16:56 - Ağdama prokuror təyin olundu
16:54 - İlham Əliyev TDT ilə sazişi TƏSDİQLƏDİ
19:12 - Təbrik edirik.
31 Mart soyqırımı tariximizin qanlı səhifələrindəndir.
Bu gün 105 ili tamam olan Mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində ən qanlı faciələrdən hesab edilir.
Xallqımıza qarşı dəfələrlə törədilmiş, uzun illər ərzində öz siyasi-hüquqi qiymətini almamış 31 Mart soyqırımı tariximizin qanlı səhifələrindəndir. 1918-ci ilin mart-aprel aylarında erməni-daşnak silahlı dəstələri tərəfindən Bakı şəhərində, Bakı quberniyasına daxil olan digər şəhər və qəsəbələrdə, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə törədilmiş kütləvi qırğınlar və vandalizm aktları zamanı on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə xüsusi qəddarlıqla qətlə yetirilmiş, mədəniyyət abidələri, tarixi binalar və məscidlər dağıdılmışdır. 1988-1993-cü illərdə baş verən hadisələr də həmin soyqırımın tərkib hissəsi idi. Lakin Ali baş komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsini qalibiyyətlə başa vuran ordumuz düşmənlərimizin tarixən başımıza gətirdiklərinin və şəhidlərimizin qisasını almaqla yanaşı onlara tarixi dərs verdi. Bütün bunların təkrar olunmaması və belə qanlı faciələrin bir daha yaşanmaması üçün tariximizdən dərs götürməli və vətənpərvər gənclik yetişdirməyi davam etdirməliyik.
Zenfira Ağayeva.
Sahibkar Qadınlar İctimai Birliyinin sədri.