Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

QƏHRƏMANLAR MUZEYİ

QƏHRƏMANLAR MUZEYİ
28-03-2024, 20:44 221 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ
 Dahi lider , Ulu öndər Heydər Əliyev məktəbinin davamçısı ,Azərbaycan Respublikasının Prezidenti cənab Ali Baş Komandan İlham Əliyevin  rəhbərliyi altında  möhkəmlənmiş və  yüksək təlimlərə yiyələnmiş  Azərbaycan Ordusunun  27 sentyabr 2020- ci ildə  Ermənistanın törətdiyi  növbəti   təxribatın qarşısının alınması məqsədi ilə başlatdığı  “ Dəmir Yumruq “ əməliyyatı , habelə onun ardınca 19 sentyabr  2023-cü ildə antiterror əməliyyatları nəticəsində torpaqlarımızın azadlığını və bütövlüyünü  təmin edərək  böyük   qələbə  qazandıq  . Prezidentimiz   cənab İlham Əliyevin yüksək siyasəti, eləcə də komandanı olduğu  ordumuzun  tarixi torpaqlarımızın bütövlüyünü tam təmin edə bilmək bacarığı hər bir Azərbaycanlıda   böyük qürur  və fəxr hissi yaratdı .Bu qələbə xalqımızın vətənpərvərlik və birlik   nümunəsinin simvolu  oldu. Azərbaycanımızın  qəhrəman oğulları torpaq, vətən naminə atıldığı döyüşlərdən üzüağ , alnıaçıq çıxaraq   düşməni dizi üstə  çökdürdülər.Beləliklə , bir daha dünya dövlətləri Azərbaycan Ordusunun nümayiş etdirdiyi  heyrətamiz ,mükəmməl döyüş taktikasının şahidi oldu . Amma “ Torpaq uğrunda ölən varsa ,vətəndir!” demişlər. İstər   “ Vətən müharibəsi “ ndə ,istərsə də 30 il ərzində düşmənin törətdiyi təxribatların qarşısını alarkən baş verən döyüşlərin , eləcə də  1-ci Qarabağ müharibəsinin acı hissləri də oldu. Müəyyən qədər oğulların vətən uğrunda   şəhidlik zirvəsinə ucalması  bizlərdə qürur hissi ilə bərabər ,həm də kədər hissi də yaratdı.Bu gün  doğma torpaqlarımıza qovuşmaq naminə can vermiş qəhrəman  oğulların xatirəsini yaşatmaq , gələcək nəsillərə tanıtmaq  və unudulmaması naminə ən gərəkli addımları atmaq hər bir Azərbaycan vətəndaşının ən ümdə vəzifəsidir .Məhz bu məqsədlə çalışdığım Ucar rayon Qazyan kənd Zeynal Məmmədov adına 3 nömrəli tam orta məktəbdə şəhidlərimizin şəxsi əşyalarından və eksponatlarından ibarət  “ Qəhrəmanlar muzeyi “ ni yaratmaq fikrinə gəldim .Muzey həm öz şagirdlərimizin, həm də  rayonumuzun məktəblilərinin böyük marağına səbəb oldu .Hazırda bir çox məktəblərdən şagirdlər   muzeyə ekskursiya edir , qəhrəman şəhidlərimizin həyat və döyüş yollarını tərənnüm edən fotoşəkillərlə , yazılı məlumatlarla   , habelə onlara məxsus geyimlərlə və əşyalarla tanış olurlar .Şəhidlərimizin əşyalarına toxunan şagirdlərin keçirdiyi qürur hissini izlədikcə , yaratdığım muzeyin istər təhsilimizin , istərsə də milli -mənəvi dəyərlərimizin inkişafında faydasını , gənc nəsildə yarada biləcək vətənpərvərlik ruhunun əhəmiyyətini  dərk etməmək mümkünsüzdür.Bu gün mən yaşadığım Ucar rayonun, habelə muzeylə  öz  şəxsi facebook  səhifəmdən və məktəbimizin   səhifəsindən izləyərək tanış olub , respublikamızın bir çox bölgələrindən məktəbimizə gələn  şəhid ailələrinin , qazilərin və hərbçilərin fiziki və sıravi insanların   simalarında  məmnunuluq hissini yerinə yetirdiyim faydalı və əhəmiyyətli işin sübutu kimi qəbul edirəm . Şəhid ailələrinin öz igid balalarının  mənə  əmanət etdiyi müqəddəs əşyalarını göz bəbəyim kimi qorumağı böyük qürur və fəxr bilərək   , onları gələcək nəsillərə yetişdirməkdə bütün güc və səyimi sərf edəcəm .Bu mənim ilk növbədə həm  vətənim və  vicdanım qarşısında borcum,  həm də müəllimlik borcumdur .
 Doğrudur , hazırda respublikamızın müxtəlif  şəhər və bölgələrindən muzeyimizə bağışlanan şəhidlərimizin əşyalarını yerləşdirlməsində    rəflərə , vitrinlərə və müxtəlif ləvazimatlara ehtiyacım olsa da , muzeyin tarix yazanların tarixə yazılmasında böyük rolu olacağına və əhəmiyyət kəsb edəcəyinə  əminəm .Bu işdə mənə daim dəstək olan başda direktorumuz Günel Bayramovaya , müəllimlərimizə və şagirdlərimizə təşəkkür edirəm .
Ucar rayon Qazyan kənd Zeynal Məmmədov adına 3 nömrəli tam orta məktəbin UBR İsayeva Aidə.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI