Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə Parlamentlərarası İttifaq arasında Anlaşma Memorandumu imzalanıb

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə Parlamentlərarası İttifaq arasında Anlaşma Memorandumu imzalanıb
23-03-2024, 01:51 113 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ



1 / 4









Parlamentlərarası İttifaqın Cenevrədə keçirilən 148-ci Assambleyası çərçivəsində martın 22-də Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə Parlamentlərarası İttifaq arasında Anlaşma Memorandumu imzalanıb.

VETENİM-AZERBAYCANDIR.AZ xəbər verir ki, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi tərəfindən sənədi Azərbaycan Respublikası Milli Məclisinin və Parlament Şəbəkəsinin sədri Sahibə Qafarova, Parlamentlərarası İttifaq tərəfdən isə qurumun baş katibi Martin Çunqonq imzalayıb.

İmzalanma mərasimindən sonra bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi parlament diplomatiyasının genişlənməsində, həmçinin Qoşulmama Hərəkatına üzv olan ölkələrin qanunverici orqanları arasında əməkdaşlığın dərinləşməsində mühüm rol oynayır. Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə Parlamentlərarası İttifaq arasında əməkdaşlıq isə bu istiqamətdə fəaliyyətin şaxələndirilməsinə xidmət edəcək.
Görüşdə, həmçinin Milli Məclislə Parlamentlərarası İttifaq arasında əlaqələrin yüksək səviyyədə inkişafından məmnunluq ifadə olunub.
İmzalanmış memorandum bu iki qurum arasında əlaqələrin genişlənməsinə, parlament diplomatiyası çərçivəsində ümumi maraq kəsb edən məsələlər üzrə qarşılıqlı əməkdaşlığın inkişafına imkan yaradır.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI