Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Yağış və qar yağacaq, güclü külək əsəcək - XƏBƏRDARLIQ

Yağış və qar yağacaq, güclü külək əsəcək - XƏBƏRDARLIQ
22-03-2024, 13:50 29 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ


Azərbaycanın rayonlarında martın 22-də səhərdən 24-də gündüzədək bəzi yerlərdə hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Qazax-Gəncə, Mərkəzi Aran, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Lənkəran-Astara bölgəsində yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Martın 23-də səhər və gündüz yağıntıda fasilə olacaq.
Qərb küləyi martın 23-də gündüz ayrı-ayrı yerlərdə arabir 15-20 m/s-dək güclənəcək.
Bakıda və Abşeron yarımadasında martın 23-də günün ikinci yarısından 24-də səhərədək şimal-qərb küləyinin 15-18 m/s, martın 23-də axşam yarımadanın bəzi yerlərində arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir.
Martın 23-də gecə bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI