09:54 - ASQİB Teleqüllədə tədbir keçirdi.
11:44 - TƏBRİK EDİRİK.
11:39 - Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa yolunun açılışında iştirak edib
11:36 - Leyla Əliyevanın doğum günüdür
11:33 - Azərbaycan güləşçisi Avropa çempionu olub
11:30 - Bakıda Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirilib
11:26 - Azərbaycan ilə Özbəkistan arasında imzalanmış sənədlər mübadilə edilib
11:24 - Şimali Kipr Prezidentinə AzTU-nun fəxri doktoru diplomu təqdim edilib
08:41 - Azərbaycan Polisi 107 yaşında
23:12 - Volodimir Zelenski İlham Əliyevə zəng edib
23:10 - Rəsmi Bakı Rusiyanı Azərbaycanın daxili işlərinə qarışmamağa çağırıb - NOTA
23:08 - Azərbaycan və Şimali Makedoniya arasında viza rejimi qismən ləğv edilib
23:04 - III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
23:00 - Mikayıl Cabbarov Laziz Kudratovun rəhbərliyi ilə ölkəmizdə olan biznes nümayəndələri ilə görüşüb
Tahir Mirkişili erməni spikeri susdurdu
VETENİM-AZERBAYCANDIR.AZ
Brüsseldə Avronest Parlament Assambleyasının (PA) 11-ci sessiyası davam edir.
VETENİM-AZERBAYCANDIR.AZ xəbər verir ki, martın 20-də Avronest PA-nın plenar iclasında çıxış edən Ermənistan Parlamentinin sədri Alen Simonyan Azərbaycanı Qarabağda guya etnik təmizləmə aparmaqda, erməni irsini dağıtmaqda ittiham edərək “Dağlıq Qarabağ” ifadəsini işlədib.
Tədbirdə iştirak edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Ermənistan parlamenti spikerinin bu qərəzli çıxışını çox təəssüflə izlədiyini bildirib. Azərbaycan nümayəndə heyətinin rəhbəri hazırki sülh danışıqları atmosferində nə deputata, nə də spikerə yaraşan bu çıxışın neqativ təsirini qeyd edərək, hər kəsin Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinə dəstək verməli olduğunu vurğulayıb.
Tahir Mirkişili bildirib ki, Azərbaycanda “Dağlıq Qarabağ” adında region yox, Qarabağ İqtisadi Regionu mövcuddur və Azərbaycan heç vaxt və heç bir halda etnik təmizləmə aparmayıb.
Deputat Xankəndidə bu gün də ermənilərin yaşadıqlarını, Ermənistanın regionda nəhəng dağıntılar törətdiyini və əraziləri mina ilə çirkləndirdiyini diqqətə çatdırıb. O, Ermənistan spikerini son 30 ildə istifadə etdikləri leksikondan imtina etməyə və sülhə dəstək verən çıxış etməyə çağırıb.