09:54 - ASQİB Teleqüllədə tədbir keçirdi.
11:44 - TƏBRİK EDİRİK.
11:39 - Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa yolunun açılışında iştirak edib
11:36 - Leyla Əliyevanın doğum günüdür
11:33 - Azərbaycan güləşçisi Avropa çempionu olub
11:30 - Bakıda Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirilib
11:26 - Azərbaycan ilə Özbəkistan arasında imzalanmış sənədlər mübadilə edilib
11:24 - Şimali Kipr Prezidentinə AzTU-nun fəxri doktoru diplomu təqdim edilib
08:41 - Azərbaycan Polisi 107 yaşında
23:12 - Volodimir Zelenski İlham Əliyevə zəng edib
23:10 - Rəsmi Bakı Rusiyanı Azərbaycanın daxili işlərinə qarışmamağa çağırıb - NOTA
23:08 - Azərbaycan və Şimali Makedoniya arasında viza rejimi qismən ləğv edilib
23:04 - III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
23:00 - Mikayıl Cabbarov Laziz Kudratovun rəhbərliyi ilə ölkəmizdə olan biznes nümayəndələri ilə görüşüb
ŞƏFİQƏ AXUNDOVA 100
■
Martın 18-də Beynəlxalq Muğam Mərkəzində Şərqdə opera yazan ilk qadın bəstəkar, dahi Üzeyir Hacıbəyovun tələbəsi, xalq artisti "Şöhrət" Ordenli Şəfiqə Axundovanın 100 illik yubiley tədbiri keçirildi. Gecədə dostum #Kamran Orucov 'la birlikdə Pressa qismində iştirak edirdik.Şəfiqə Axundova 1924-cü ildə qədim Şəkinin sayılıb-seçilən Axundovlar ailəsində dünyaya göz açıb. Atası Qulam Axundov dövrünün tanınmış ziyalısı idi. Ailə tezliklə Bakıya köçür və Şəfiqə xanım Üzeyir Hacıbəyovun diqqətini cəlb efir, onun tələbəsi olur.
1943-1944-cü illərdə Şəfiqə xanım Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində təhsil alır. Sonra Azərbaycan Dövlət Konservatoriyasında həm musiqi nəzəriyyəsi, həm də bəstəkarlıq ixtisası üzrə B.Zeydmanın sinfini bitirir.
Şəfiqə Axundova 1998-ci ildə Azərbaycan Respublikasının xalq artisti adına layiq görülüb. 2004-cü ildə isə "Şöhrət" ordeni ilə təltif edilib. O, , 1972-ci ildə "Gəlin qayası" operasını yazmaqla Şərqin ilk opera yazan qadın bəstəkarı olmuşdur.
O, 1956-cı ildən 1982-ci ilə qədər Azərbaycan Dövlət İncəsənət İnstitutunda müəllim kimi çalışmışdır. 26 iyul 2013-cü ildə vəfat etmişdir[5]. II Fəxri xiyabanda dəfn olunub.
Həmişə olduğu kimi bu tədbirdən olan canlı yayınlar, foto və video materiallar bir neçə sosial şəbəkədə, "İncəsənət xalqa məxsusdur" səhifəsində və "Vətənim Azərbaycandır.az" Portalının saytlarında dərc olunur. Aşağıda tədbirdən bir tanışlıq videosu və iştirakçıların fotolarını dərc edirəm.
■
ETİBAR ƏLİYEV
18 mart 2024 il.