17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
17:13 - Azərbaycanda Məhərrəm ayı başlayıb
17:11 - Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 107 il ötür
17:09 - Azərbaycanın 6 güləşçisi Avropa çempionatının finalına yüksəlib
17:08 - Nazir Məhsəti Allahyarovaya yüksək VƏZİFƏ VERDİ
17:06 - Ceyhun Bayramov İranın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib
16:56 - Ağdama prokuror təyin olundu
16:54 - İlham Əliyev TDT ilə sazişi TƏSDİQLƏDİ
19:12 - Təbrik edirik.
14:34 - Müasir Azərbaycan ordusu müstəqilliyimizin və suverenliyimizin qoruyucusudur
12:58 - Leyla Əliyeva və Arzu Əliyeva Xızı rayonuna səfər edib
12:57 - İlham Əliyev Mingəçevirdə İtaliyanın şirkətlər və "Made in Italy" nazirini qəbul edib
12:53 - İlham Əliyev: Mingəçevir Cənubi Qafqazın energetika mərkəzi statusunu daha da gücləndirəcək
12:50 - Milli Məclis Silahlı Qüvvələr Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib
Tarix səhifələrində Azərbaycan qadınının qəhrəmanlıq, mərdlik, fədakarlıq sədaqəti yazılmış zəngin mədəniyyət tarixçəsi var.
Tarix səhifələrində Azərbaycan qadınının qəhrəmanlıq, mərdlik, fədakarlıq sədaqəti yazılmış zəngin mədəniyyət tarixçəsi var. Bu səhifələrdə Azərbaycan qadını milli adətləri, vətənpərvərliyi, əxlaqi keyfiyyətləri, düşüncə tərzi ilə tanınmaqdadır. Sağlam cəmiyyətin, sağlam ailənin təminatı olan qadınların Azərbaycan ədəbiyyatı salnaməsində də ayrıca yeri var.“Qadın gülərsə, bu ıssız mühitimiz güləcək,Sürüklənən bəşəriyyət qadınla yüksələcək” Adın müqəddəsdir sənin ey Qadın...
Bugün duyğu dolu, olduqca səmimi bir tədbir baş tutdu, Xaçmaz Tarix Diyarşünaslıq muzeyində.
Qarışıq duyğular yaşadıq, sevindik, kədərləndik, qürurlandıq.
Şəhid analarının iştirakı ilə keçirilən tədbir "8 Mart Beynəlxalq Qadınlar günü" nə həsr olunmuşdur.
Şəhid analarının, rayonun tanınmış, ziyalı xanımlarının iştirakı ilə keçirilən tədbir vətən uğrunda canını fəda etmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edildi.Daha sonra muzeyin direktoru Pakizə Mehdiyeva qadınların cəmiyyətdəki rolu haqqında çıxış etdi.
Digər çıxışçılar Azərbaycan qadını öz zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, vəfası, yüksək analıq keyfiyyəti ilə hər zaman xalqımızın adını uca tutub. Dünya mədəniyyəti xəzinəsinə nadir incilər bəxş etmiş xalqımızın mənəvi dəyərlərinin formalaşmasında və inkişafında da qadınlarımızın böyük rolu olub. Eyni zamanda, Azərbaycan qadınları tariximizin bütün dövrlərində xalqımızın taleyüklü məsələlərinin həll edilməsinə öz sanballı töhfələrini veriblər. Onların bir çoxunun adları çoxəsrlik tariximizin səhifələrinə qızıl hərflərlə yazılıb.
Azərbaycanın qədim tarixi qadınları həyat mənbəyi və müdriklik mücəssəməsi kimi vəsf etmək üçün zəngin tarixi material verib. Orta əsrlərdən Azərbaycan qadını gözəl ana olmaqla yanaşı, klassik poeziyanın ən gözəl nümunələrini yaradıb, at belində qılınc çalıb, dövlət idarəçiliyində öz sözünü deyib. Tədbir bədii hissə ilə davam edib. Xaçmaz şəhər Mehman Babayev adına 1 nömrəli tam orta məktəbin 3b sinif şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya nümayiş olundu,rayonun tanınmış müğənni və aktyorları tərəfindən mahnı və şerlər səslənildi və videoçarxlar nümayiş olundu
Məktəblilər şəhid analarına çiçəklər təqdim etdilər.
Gülxar RƏHİMLİ,
Vətənim-Azərbaycandır.az
Xaçmaz