17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
17:13 - Azərbaycanda Məhərrəm ayı başlayıb
17:11 - Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 107 il ötür
17:09 - Azərbaycanın 6 güləşçisi Avropa çempionatının finalına yüksəlib
17:08 - Nazir Məhsəti Allahyarovaya yüksək VƏZİFƏ VERDİ
17:06 - Ceyhun Bayramov İranın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib
16:56 - Ağdama prokuror təyin olundu
16:54 - İlham Əliyev TDT ilə sazişi TƏSDİQLƏDİ
19:12 - Təbrik edirik.
14:34 - Müasir Azərbaycan ordusu müstəqilliyimizin və suverenliyimizin qoruyucusudur
12:58 - Leyla Əliyeva və Arzu Əliyeva Xızı rayonuna səfər edib
12:57 - İlham Əliyev Mingəçevirdə İtaliyanın şirkətlər və "Made in Italy" nazirini qəbul edib
12:53 - İlham Əliyev: Mingəçevir Cənubi Qafqazın energetika mərkəzi statusunu daha da gücləndirəcək
12:50 - Milli Məclis Silahlı Qüvvələr Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib
"Qadın olmaq..."
VETENİM-AZERBAYCANDIR.AZ
Qadın...Bu adın daxilində çox gizli xəzinələr, çox dərin mənalar yatır.Qadın dünyada zərif, incə və bir o qədər də güclü, əzmli varlıqdır.Bu cinsin nümayəndələri zəif deyillər.Gəlin, düşünək.Qadın fədakarlıq simvoludur.Qadın anadır.O, ana ki, bütün varlığıyla ömrü boyu övladları, sevdikləri üçün can yandırır, əlindən gələni, hətta bəzən gəlməyəni də edir.Belə bir obraz, belə bir əvəzolunmaz varlıq axı necə zəif ola bilər? Əsla, bu mümkün deyil.İnsanın formalaşmasında təbiət qadına çox məsuliyyət, ağırlıq yükləyib.Qadınlar bu yükü qaldıra biləcək qədər güclüdürlər.Qadın xoşbəxt olmağa layiqdir, o bu bədəli axı sonuna qədər, ömrü boyu ödəyir.
Və bir də tənha qadınlar var.O qadınlar ki, heç bir dəstək qəbul etmədən, təkbaşına, məğrur şəkildə ağır, iztirablı həyat yollarında addımlayırlar.Hər nə qədər büdrəsələr, bəzən yıxılsalar belə yenidən güc toplayır, həyat mücadilələrinə davam edirlər.Elə bu an Ramiq Muxtarın tənha qadınlardan bəhs edən misraları yada düşür;
Gözləri tavandan asılı qalar,
Hər sözdən ürəyi boşalar, dolar.
Gündüzlə gecənin yerin səhv salar,
Təkliklə çarpışar tənha qadınlar.
Qorxar ürəyini aça bir kəsə,
İstəməz sirrini bilə bir kimsə.
İsmətin qoruyar, o girməz bəhsə,
Təkliklə çarpışar tənha qadınlar.
Odlu bir baxışdan qəlbi su içər,
Könlündən min istək, min arzu keçər.
Yuxuda hər axşam o, gəlin köçər,
Təkliklə çarpışar tənha qadınlar.
Xəyalı dolanar ötən illərdə
Axtarar bəxtini axan sellərdə.
Dünyaya təzədən gəlsələr bir də,
Təkliklə çarpışar tənha qadınlar.
Cəmiyyətimizdə qadın olmaq onsuz da çətindir.Bir də bu çətinliyə tənhalıq yüklənəndə tənha bir qadının başına gələ biləcəkləri düşünmək elə də çətin olmur.Belə qadınları həyat onsuz da özünün çətin üzləri ilə sınayır.El qınağı, əsassız şayiələr onlardan yan keçmir.Təkliyi ilə mübarizə aparan qadın çəkinər hamıdan.Axı o, bilir ki, atdığı hər addım onun haqqında yanlış düşüncələrə səbəb olar.Belə bir cəmiyyətdə yaşadığımızı düşünmək belə acı verir insana.Axı niyə insanlar qınamağı bu qədər rahat bacarırlar? Niyə yıxılana balta vurmaq adətimizə çevrilib? Bu qədər mi aciz, bu qədər mi amansızıq? Gəlin, təkcə tənha qadınlara deyil, bütün qadınlara dəstək olaq.Bu müqəddəs ada layiq insanları, bu cinsin zərif, güclü, məğrur nümayəndələrini təzyiqə məruz qoymayaq.Hüseyn Cavidin dediyi kimi; “Qadın gülərsə, şu ıssız mühitimiz güləcək, sürüklənən bəşəriyyət qadınla yüksələcək!”
Vətənimizin mərd qadınları, qarşılarına çıxan maneələri məğrurluqla aşan əsl qəhrəman xanımlarımız sevməyə, sevilməyə layiqdirlər.Onlar tənhalığa, bədbəxtliyə məhkum olmamalıdırlar.Sonda fikirlərimi Aygün Xəlilqızının bu misralarıyla bitirirəm;
Sabahlara ümidli,
Məğrur, onurlu qadın.
Sənə nələr yaraşmır
Ey incə ruhlu qadın...
Samirə Qurbanova
VETENİM-AZERBAYCANDIR.AZ