17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
17:13 - Azərbaycanda Məhərrəm ayı başlayıb
17:11 - Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 107 il ötür
17:09 - Azərbaycanın 6 güləşçisi Avropa çempionatının finalına yüksəlib
17:08 - Nazir Məhsəti Allahyarovaya yüksək VƏZİFƏ VERDİ
17:06 - Ceyhun Bayramov İranın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib
16:56 - Ağdama prokuror təyin olundu
16:54 - İlham Əliyev TDT ilə sazişi TƏSDİQLƏDİ
19:12 - Təbrik edirik.
14:34 - Müasir Azərbaycan ordusu müstəqilliyimizin və suverenliyimizin qoruyucusudur
12:58 - Leyla Əliyeva və Arzu Əliyeva Xızı rayonuna səfər edib
12:57 - İlham Əliyev Mingəçevirdə İtaliyanın şirkətlər və "Made in Italy" nazirini qəbul edib
12:53 - İlham Əliyev: Mingəçevir Cənubi Qafqazın energetika mərkəzi statusunu daha da gücləndirəcək
12:50 - Milli Məclis Silahlı Qüvvələr Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib
8 Mart Beynəlxalq Qadınlar günü.
Azərbaycan qadını bütün dövrlərdə dövlətə öz sədaqəti ilə fədakarlığı ilə seçilmişdir. "8 Mart Beynəlxalq Qadınlar günü" ölkəmizdə rəsmi bayram günü kimi qeyd olunur.Azərbaycan qadını bu istiqamətdə daha böyük qəhrəmanlıq nümunəsini 2020 ci ildə baş verən 2-ci Qarabağ, 44 günlük müharibəsində Vətənin azadlığı uğrunda canlarından keçən şəhidlərimizin anası olaraq yazdırdı qəhrəmanlıq səhifəsinə adını. Bəli Azərbaycan qadını qəhrəman anadır, şəhid anasıdır, müqəddəs qadındır Azərbaycan qadını.
Ölkəmizdə qadın siyasətinin əsasını ümummili lider Heydər Əliyev qoymuşdur. O, qadın şəxsiyyətinə böyük hörmətlə yanaşmış, ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayirmış,qadınların hərtərəfli fəaliyyətinə geniş meydan vermiş, lider qadınlar yetişmişdir. Belə liderlərdən biri də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevadır. Mehriban xanım Əliyevanın hərtərəfli fəaliyyəti həm ölkədə, həm də beynəlxalq aləmdə Azərbaycan qadınının nüfuzunu daha da yüksəklərə qaldırır. Ölkənin "Yumşaq güc" siyasətinin təcəssümü olan Mehriban xanım Əliyevanın humanitar layihələri ölkəmizə yeni dostlar qazandırmışdır. Ölkənin Birinci vitse-prezidentinin rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan çoxlu sayda böyük layihələrin uğurla icra olunmaqdadır. Azərbaycan qadınları cəmiyyətin aparıcı qüvvəsinə çevrilmiş, fəal vətəndaş mövqeyi nümayiş etdirir, vətəndaş cəmiyyəti quruculuğu istiqamətində qadınlarımızın nailiyyətləri məmnunluq hissi doğurur. Ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir.. Azərbaycan qadınları mühüm dövlət qurumlarında, parlament və bələdiyyə lərdə uğurla təmsil olunur, ictimai - siyasi, sosial - iqtisadi, elmi mədəni proseslərdə fəal iştirak edir, ölkə idmanının inkişafına böyük töhfələr verirlər.
Qarşıdan "8 Mart Beynəlxalq Qadınlar günü" gəlir. Bu münasibətlə Respublikamızın bütün qadınlarını, Birinci vitse-prezident Mehriban xanım Əliyeva başda olmaqla səmimi qəlbdən təbrik edirəm. Vətən torpağlarının azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin qəhrəman analarının qarşısında baş əyirik. Azərbaycanın qəhrəman qadını sizi ürəkdən alqışlayıram. Respublikamızın bütün qadınlarına uzun ömür, can sağlığı diləyirəm.Tanrı sizi qorusun! Bayramınız mübarək olsun hörmətli qadınlar!
Zemfira Ağayeva
Sahibkar Qadınlar İctimai Birliyinin sədri
"Vətənim-Azərbaycandır.az"