Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Xankəndi - Bakı ultramarafonu başa çatdı - VİDEO

Xankəndi - Bakı ultramarafonu başa çatdı - VİDEO
4-03-2024, 19:46 118 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ


“İdman həftəsi” çərçivəsində “Qürurla irəli!” şüarı altında ilk dəfə keçirilən Xankəndi - Bakı ultramarafonu başa çatıb.

VETENİM-AZERBAYCANDIR.AZ ın məlumatına görə, Gənclər və İdman Nazirliyinin Azərbaycan Atletika Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ilə birgə təşkil etdiyi yarışın sonuncu mərhələsində idmançılar Qobustandan Bakıya 55 km məsafə qət ediblər.

Artyom Əliyev bütün rəqiblərini qabaqlayaraq finişə birinci çatıb.
Qeyd edək ki, fevralın 29-da startı verilən Xankəndi - Bakı ultramarafonunda idmançılar ümumilikdə 380 km məsafə qət ediblər. Yarışda Azərbaycanla yanaşı, Türkiyə (5 nəfər), Meksika (4) və Moldovanın (1) atletləri də mübarizə aparıblar.


ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI