Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Gənclər və İdman Nazirliyinin nümayəndəsi Xankəndi - Bakı ultramarafonunu yüksək qiymətləndirib

Gənclər və İdman Nazirliyinin nümayəndəsi Xankəndi - Bakı ultramarafonunu yüksək qiymətləndirib
29-02-2024, 10:35 70 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ



Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Elnur Məmmədov Xankəndi - Bakı ultramarafonu ilə bağlı fikirlərini bildirib.

VETENİM-AZERBAYCANDIR.AZ məlumatına görə, o, tədbiri yüksək qiymətləndirib.

Nazirlik rəsmisi tarixi an yaşandığını bildirib: “Hamımız bir yerdə tarixi hadisəni yaşayırıq. Təşkilatçılara, yarış iştirakçılarına, media nümayəndələrinə təşəkkürümüzü bildiririk. Ultramarafonun iştirakçılarını martın 4-də finişdə qarşılayacağıq”.
Elnur Məmmədov ultramarafonun “İdman həftəsi” çərçivəsində həyata keçirildiyini söyləyib:
“Dünən artıq bir neçə tədbir baş tutdu. Martın 5-nə qədər bu tədbirlər davam edəcək. Şəhidlərin və qazilərin övladları üçün xüsusi tədbir olacaq, qanvermə aksiyası baş tutacaq”.
Qeyd edək ki, ultramarafon iştirakçıları Xankəndi - Yevlax (83 km), Yevlax - Ucar (84 km), Ucar - Hacıqabul (88 km), Hacıqabul - Qobustan (70 km) və Qobustan - Bakı (55 km) mərhələlərini keçməklə, ümumilikdə 380 km məsafə qət edəcək və martın 4-də Bakıya çatacaqlar. Hər mərhələnin qalibləri ayrılıqda təltif ediləcəklər. Ultra marafonun ümumi qalibləri isə baş mükafatı qazanacaqlar.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI