09:54 - ASQİB Teleqüllədə tədbir keçirdi.
11:44 - TƏBRİK EDİRİK.
11:39 - Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa yolunun açılışında iştirak edib
11:36 - Leyla Əliyevanın doğum günüdür
11:33 - Azərbaycan güləşçisi Avropa çempionu olub
11:30 - Bakıda Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirilib
11:26 - Azərbaycan ilə Özbəkistan arasında imzalanmış sənədlər mübadilə edilib
11:24 - Şimali Kipr Prezidentinə AzTU-nun fəxri doktoru diplomu təqdim edilib
08:41 - Azərbaycan Polisi 107 yaşında
23:12 - Volodimir Zelenski İlham Əliyevə zəng edib
23:10 - Rəsmi Bakı Rusiyanı Azərbaycanın daxili işlərinə qarışmamağa çağırıb - NOTA
23:08 - Azərbaycan və Şimali Makedoniya arasında viza rejimi qismən ləğv edilib
23:04 - III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
23:00 - Mikayıl Cabbarov Laziz Kudratovun rəhbərliyi ilə ölkəmizdə olan biznes nümayəndələri ilə görüşüb
Nərmin Mehdiyeva: “Yenilənmiş BAMS proqramının tətbiqi büdcə gəlirlərini 70 faizədək artıracaq”
VETENİM-AZERBAYCANDIR.AZ
“Sumqayıt Bələdiyyəsində əmlak vergisinin səmərəli yığımı üçün hansı addım atılır? Bu suala aydınlıq gətirən bələdiyyənin sədr müavini Nərmin Mehdiyeva Belediyye.infoya açıqlamasında bildirib ki, bələdiyyələrin əsas maliyyə istiqamətlərindən biri də fiziki şəxslərdən alınan əmlak vergisidir. Vətəndaşların mülkiyyət sənədini təqdim etməkdən imtina etmələri əmlak vergisi ilə bağlı son illərdə qarşılaşdığımız əsas problem olub. Bu problemin həllində etriaf edək ki, xüsusəndə Prezident Adminstrasiyasının, o cümlədən Ədliyyə Nazirliynin müvafiq qurumlarının birgə həyata keçirdiyi layihələr nəticə etibariylə bələdiyyə sistemində canlanma yaradıb.
Belə ki, Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sisteminin (BAMS) təkmlilləşdirilməsi və bu sistemin Adminstrasiyanın Bələdiyyələrlə iş sektorunun ciddi dəstəyi ilə Əmlak məsələləri Dövlət Xidmətinin bazasına inteqrasiya edilməsi bələdiyyələrin büdcə gəlirlərinin artmasına əsaslı şəkildə təsir edəcək. Bu prosesin icrasında Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyasının və “Bələdiyyələrin onlayn xidməti mərkəzi” nin xüsusi rolu olub. Belə ki, sistemə daxil olmaqla vətəndaşın əmlakı barədə bütün məlumatı əldə edərək, vergi ödəyicisinin əmlak vergisi borcunu müəyyən edərək bildiriş göndərilir. Yeni sistemin tətbiqi bələdiyyə büdcəsinə kifayət qədər vəsaitin daxil olmasına imkan yaradıb. Bütün hallarda vergi ödəycilərlə görüşlərin keçirilməsi, onlarla izahat işlərinin aparılması bələdiyyənin vergi xidməti orqanının əsas fəaliyyət istiqamətlərindəndir. Bu cür görüşlərin mütəmadi olaraq təşkili nəticə etibaryılə büdcə gəlirlərinə də ciddi şəkildə təsir edir.
Qeyd edək ki, 2022-ci illə müqayisdədə 2023 -cü ildə Sumqayıt Bələdiyyəsinin əmlak vergisinin yığımında 30 faiz artım olub. Sistem son 6 ay ərzində işlək vəziyyətə salınıb. Biz əminik ki, 2024 -cü ildə BAMS vasitəsiylə çıxarışların alınmasını tam təmin etsək, cari ildə büdcə gəlirində təxminən 60 -70 faiz artım olacaq.