Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Cənubi Afrika səfirindən etiraf: “Ölkəyə səfər edərsə, Putinin təhlükəsizliyini təmin edə bilməyəcəyik”

Cənubi Afrika səfirindən etiraf: “Ölkəyə səfər edərsə, Putinin təhlükəsizliyini təmin edə bilməyəcəyik”
27-02-2024, 23:28 156 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ


“Cənubi Afrika Respublikasının nümayəndələri Rusiya Prezidenti Vladimir Putinin ölkəyə səfər edəcəyi təqdirdə onun təhlükəsizliyini təmin edə bilməyəcəklər”.
Bu sözləri Cənubi Afrika Respublikasının Rusiyadakı səfiri Mzuvukile Cef Maketuka deyib.
Onun sözlərinə görə, bunun əsas səbəbi Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya liderinin həbsi ilə bağlı verdiyi orderdir.
“Bəli, vəziyyət belədir. Bu, doğrudur”, - deyə səfir Rusiya prezidentinin səfərinin mümkünsüzlüyündən danışarkən etiraf edib.
O qeyd edib ki, Cənubi Afrika Putinin səfərini təşkil etmək üçün bir şəxsin maraqları naminə qanunvericiliyi dəyişdirmək və ya Roma statusunu pisləmək niyyətində deyil.
Səfir xatırladıb ki, Yohannesburq Rusiya liderinə qarşı ittihamlar məsələsini Beynəlxalq Cinayət Məhkəməsinin nümayəndələri ilə müzakirə etməyə söz verib, lakin məsləhətləşmələrin nəticələrini açıqlamayıb.
Xatırladaq ki, daha əvvəl Maketuka bildirib ki, müxalifət prezident seçkisində qalib gələrsə, Cənubi Afrika xarici siyasət kursunu dəyişə və BRİKS-i tərk edə bilər. Onun sözlərinə görə, Cənubi Afrikada bir sıra müxalifət partiyaları Rusiyaya qarşı düşmən münasibətdə kökləniblər.
Səfir əlavə edib ki, hazırda hakim olan Afrika Milli Konqresi partiyası hakimiyyətini qoruyub saxlayarsa, heç bir dəyişiklik olmayacaq.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI