Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Koto Rober: Müstəmləkə dövlətinin zülmündən, boyunduruğundan qurtulmaq istəyirik

Koto Rober: Müstəmləkə dövlətinin zülmündən, boyunduruğundan qurtulmaq istəyirik
27-02-2024, 19:04 64 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

Kanak xalqı ölkəsini bizlərlə - katorqaya göndərilən avropalılarla paylaşır və bizlər də onlarla bərabər müstəqillik arzusundayıq. Müstəmləkə dövlətinin zülmündən, boyunduruğundan azad olmaq istəyirik. Onilliklərlə ölkəmizi ən pis vəziyyətə salıblar. Müstəqilliyimizi bərpa etməklə ölkəmizin təbii ehtiyatlarına, zənginliklərinə yiyələnə bilərik. Bununla da daha yaxşı sosial həyat səviyyəsinin və burada yaşayan etnik qruplar arasında tarazlığın yaradılmasına töhfə verə bilərik.
Bu fikirləri VETENİM-AZERBAYCANDIR.AZ açıqlamasında Yeni kaledoniyalı parlamentari Korto Rober söyləyib.
“1853-cü ildə avropalılar Kaledoniyaya gəliblər və o vaxtdan da bu torpaqlarda yaşayırlar. Onlar kaldoş, yəni, yerli əhalidir”, - deyən parlamentari əlavə edib ki, 170 il əvvəl kanak xalqı onları mehribanlıqla qarşılayıb.
Korto Rober, həmçinin qeyd edib: “Bu gün kanak xalqı bu ölkəni bizimlə paylaşır, biz yerli əhali hesab olunuruq. Onlarla bərabər, biz də müstəqillik arzulayırıq.
Vurğulanıb ki, kanak və kaldoş xalqları Fransa hökumətinin yeni müstəmləkəçilik siyasətinə qarşı birlikdə mübarizə apara bilərlər. Məhz bu məqsədlə onlar Fransa dövlətinin Yeni Kaledoniyanı yenidən müstəmləkəyə çevirmək, kanak xalqını əsarət altına almaq siyasətinə etirazılarını bildirir, konfranslar keçirərək maarifləndirmə aparırlar.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI