XOCALI FACİƏSİNDƏN 32 İL KEÇDİ
25-02-2024, 18:05
181 dəfə baxılıb
VETENİM-AZERBAYCANDIR.AZ
Respublikamızın bütün bölgələrində, təhsil, mədəniyyət ocaqlarında, müəssisə və təşkilatlarda, özəl qurumlarda Xocalı soyqırımının 32 -cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilir.
Şəhid olmuş soydaşlarımızın ruhuna dualar oxunur.
Sabah dövlət rəsmləri, ictimayyət nümayəndələri Xocalı soyqrımına hörmət əlaməti olaraq Xocalı abidəsini ziyarət edəcəklər.
Hər il olduğu kimi bu izdihamda xalqın birliyi bir daha qürurla minlərlə videokameraların yaddaşına köçürülərək dünyanın hər yerinə yayımlacaq.
Bunu seyr edən baxaraq kor, eşidərək kar olan düşmənlərimiz görsünlər və eşitsinlər, biz şəhidlərimizin qanlarını yerdə qoymadıq.
44 günlük müharibədə bir daha dünyaya sübut etdik ki, biz qəhrəman xalqıq, biz qalib xalqıq.
Bu xalqın nəyi nə vaxt etməyi yaxşı bilən, daxili və xarici siyasətdə öz prinsiplərini bir daha sübut edən ləyaqətli Ali Baş Kimandanımız, müasir güclü ordumuz və bu ordumuzun tərkibində minlərlə Mübarizlərimiz, Albertlərimiz, Məzahirlərimiz, Yuri Kovalyovlarımız, Harunlarımız, Qadirlərimiz var. Kor olsun pis gözləri. Baxıb yansınlar, odlansınlar.
Bu gün Xocalıda, Şuşada,Xankəndində, Laçında və başqa işğaldan azad olmuş torpaqlarımızda əzəmətlə üçrəngli bayrağımız dalğalanır.
Yaşasın igid odlar diyarımız Azərbaycanımız !
Qürurumuz olan bayrağımız haqqında bir şerlimi də sizə təqdim edirəm.
ÇOX SEVDİYİM...
Çox sevdiyim birisi var,
Onda qürur, onda vüqar.
Qlsqanmıram,..
Onun çoxlu sevəni var.
Mavi gözlüm, al yanaqlım, yaşıl donlum.
XXX
Həzin - həzin rəqs edir o,
Zirvələrə yol gedir o.
Ümid verir, bədhaxlarım
Yol kəsəndə,
Mavi gözlüm, al yanaqlım, yaşıl donlum.
XXX
Sevənləri çoxdur onun,
Qısqanmıram.
Fərəhimdi, sevincimdi,
Həm altunum, həm incimdi,
Mavi gözlüm, al yanaqlım, yaşıl donlum.
XXX
Kor edirsən düşmən gözün ,
Bəzəyirsən şair sözün.
Abil İslam sevir səni,
Qəlbi çoşur, dəniz kimi.
O heç kəsi sevməyəcək,
Sənin qədər, sənin kimi.
Mavi gözlüm, al yanaqlım, yaşıl donlum.
Ay - ulduzlu bayrağım ! ---------------------------
Abil İslam
Şair - jurnalist,
Prezident tqaüdçüsü,
218 mahnının söz yazarı.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR<