Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

23:39 - Ömrünün ən parlaq illərini doğma vətənimizə, dövlətimizə dövlətçiliyimizə, milli mətbuatımıza həsr edən səmimi, dürüst, xeyirxah və bu kimi insani keyfiyyətləri özündə cəmləşdirməyi bacaran çox hörmətli Kamran Orucovdan bəhs edək bu gün.

22:31 - Muxtar Babayev BMT rəsmisi ilə COP29-a hazırlığı müzakirə edib

22:29 - FHN azad olunmuş ərazilərindəki obyektlərdə tədbir keçirib

22:28 - Prezident İlham Əliyevin İtaliyaya işgüzar səfəri başa çatıb

22:25 - Prezident İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri ilə görüşüb

22:23 - Hesablama Palatası Bakı Dövlət Universitetində nöqsanlar aşkar edib

22:20 - Prezident: Geniş coğrafiyada Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası başlıca amil olub

22:16 - İlham Əliyev İtaliyada keçirilən Çernobbio Forumunda çıxış edib

21:19 - Romada Azərbaycan ilə İtaliya arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub

21:15 - COP29 Əməliyyat Şirkəti: Yaşıl Zona özəl sektorun inkişafını sürətləndirmək əzmindədir

21:14 - Prezident İlham Əliyevin Romada İtaliya Prezidenti ilə birgə işçi naharı olub

21:13 - Nazir: Təhsilin formalaşması ilə bağlı cəmiyyətdə bir çox məqamların müzakirəsinə ehtiyac var

21:12 - Azərbaycan cüdoçusu Avropa çempionu olub

20:00 - Uzun illər "Xaçmaz" qəzetində çalışan, jurnalistika peşəsini çiyinlərində daşıyan həmkarımız Gülxar Rəhimlinin doğum günüdür.

00:00 - Türkiyə və Azərbaycan yeni iqtisadi blokda birləşə bilər - Bakı və Ankaranın qlobal təsiri artır

Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib - FOTO

Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib - FOTO
23-02-2024, 15:06 111 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib.

VETENİM-AZERBAYCANDIR.AZ məlumatına görə, Milli Gimnastika Arenasındakı tədbirdə ilk olaraq iştirakçı ölkələrin bayraqları nümayiş olunub.
Gənclər və idman nazirinin müavini Mariana Vasileva qonaqları salamlayıb:
“Yarışlara xoş gəlmisiniz. Bakı 7-ci dəfədir ki, bu turnirə ev sahibliyi edir. Təmsilçilərimiz bu növlərdə uğurlar qazanıblar. Əldə olunan nailiyyətlərə və idmana göstərilən qayğıya görə Prezident İlham Əliyevə və Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevaya təşəkkür edirəm. Bütün idmançılara uğurlar arzulayıram və Dünya Kubokunu açıq elan edirəm”.
Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Batut gimnastikası üzrə Dünya Kuboku fərdi proqramda Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır. Yarışda batut üzrə 32, tamblinqdə 6 ölkə təmsilçisi çıxış edəcək. Ümumilikdə isə 300 idmançı bacarığını göstərməyə çalışacaq.
Batut gimnastikası üzrə yarışda Azərbaycanı qadınlar arasında Dünya Kubokunun gümüş mükafatçısı, FIG kubokunun sahibi Selcan Mahsudova (fərdi çıxış), kişilər arasında dünya yaş qrupları yarışlarının qalibi Hüseyn Abbasov (fərdi və sinxron çıxışlar), beynəlxalq turnirlərin qalibləri Nicat Mirzəyev (fərdi və sinxron çıxışlar) və Mehdi Əliyev (fərdi çıxış) təmsil edir. Turnirdə həm kişilər, həm də qadınlar arasında fərdi proqramda batut gimnastikası və tamblinq üzrə ən yüksək icra xalı, eləcə də ilk dəfə batut gimnastikası üzrə sinxron proqramda ən yüksək sinxron xalı toplayan gimnastlar “AGF Trophy kuboku” ilə təltif ediləcəklər.
Qeyd edək ki, batut gimnastikası Azərbaycanda 2013-cü ilin sonundan inkişaf etməyə başlayıb.
Bu, ölkəmizin batut gimnastikası üzrə təşkil etdiyi 7-ci Dünya Kuboku olacaq.
Tamblinq üzrə yarışda Avropa və ikiqat dünya çempionu Mixail Malkin, komanda hesabında dünya çempionları Adil Hacızadə və Tofiq Əliyev, gənclər arasında Avropa çempionatının komanda hesabında bürünc mükafatçısı Bilal Qurbanov çıxış edəcəklər.

Bizimlə əlaqə saxla

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI