01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
17:13 - Azərbaycanda Məhərrəm ayı başlayıb
17:11 - Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 107 il ötür
17:09 - Azərbaycanın 6 güləşçisi Avropa çempionatının finalına yüksəlib
17:08 - Nazir Məhsəti Allahyarovaya yüksək VƏZİFƏ VERDİ
17:06 - Ceyhun Bayramov İranın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib
16:56 - Ağdama prokuror təyin olundu
16:54 - İlham Əliyev TDT ilə sazişi TƏSDİQLƏDİ
19:12 - Təbrik edirik.
Kamil Zeynallı yalnız bu ölkəyə səfər edə bilər
VETENİM-AZERBAYCANDIR.AZ
VETENİM-AZERBAYCANDIR.AZ “Qafqazinfo”ya istinadən xəbər verir ki, Moskvanın Domodedovo rayonunun polis idarəsində aparılan araşdırmalar zamanı Kamil Zeynallının heç vaxt Ermənistanda olmaması və bu ölkədə hər hansı qeyri-qanuni əməl törətməməsi müəyyən eilib.
K. Zeynallının vəkili Ələkbər Qarayev saytımıza açıqlamasında Ermənistanın onu 29 sentyabr 2020-ci ildə yayılmış görüntülər əsasında məsuliyyətə cəlb etmək istədiyini bildirib: “Həmin tarixdə Ermənistan dövləti Kamil Zeynallını federal axtarışa verib. Müharibə başlayandan 2 gün sonra K. Zeynallı Azərbaycan ordusunun işğaldan azad etdiyi yerlərdə olub və evlərə daxil olub. Oradan video çəkərək paylaşıb və Ermənistan dövləti həmin vaxt elə düşünürdü və dünyaya belə çatdırmaq istəyirdi ki, bu ərazilər, harada ki müharibə gedir və orada Kamil Zeynallı olub, guya həmin yerlər Ermənistan dövlətinin ərazisidir və orada gedən döyüşlər, keçirilən əməliyyatlar qanunsuzdur. Və Kamil Zeynallının da orada qanunsuz olmasını, onun muzdlu döyüşçü kimi iştirak etməsini qələmə vermişdilər.
Beləliklə, Kamili adam öldürmək, zorlamaq kimi ağıllarına gələn maddələr üzrə ittiham ediblər. Bunlar Ermənistanın göndərdiyi sorğunun materialları arasında var idi və bir vəkil kimi həmin sənədlərlə tanış oldum. Bundan başqa ermənilərin həmin vaxt Kamili axtarışa verərkən heç ağıllarına gəlməzdi ki, vaxt gələcək Azərbaycan öz ərazilərində suverenliyini təmin edəcək, o vaxtdan belə bir sorğu göndəriblər”.
Ə.Qarayev əlavə edib ki, Kamil Zeynallı sərbəst buraxılaraq Bakıya qayıtsa da, federal axtarışda olmağa davam edəcək: “Kamil xarici ölkələrdən yalnız Türkiyəyə gedə bilər, başqa ölkələrə səfər etsə, yenidən saxlanıla və ya həbs edilə bilər. Bir məqamı da vurğulayım ki, dünən Kamildən ifadə götürüləndə orada sual verdilər ki, sən Ermənistan ərazisində olmusanmı? Kamil də birmənalı şəkildə cavab verdi ki, heç bir zaman Ermənistan Respublikası ərazisində olmamışam, bu məqam da həlledici rol oynadı”.