Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Bəşəriyyəti xilas edən təsadüf: Üçüncü dünya müharibəsinin qarşısı necə alındı? - ARAŞDIRMA + VİDEO

Bəşəriyyəti xilas edən təsadüf: Üçüncü dünya müharibəsinin qarşısı necə alındı? - ARAŞDIRMA + VİDEO
22-02-2024, 10:10 133 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

Atom silahının icadından bu yana Yer kürəsi dəfələrlə alt-üst olma təhlükəsinin bir addımlığında olub. Necə deyərlər, xoşbəxt təsadüf nəticəsində sivilizasiya hələ də davam edir. 1965-ci ildə Yaponiya sahillərində ağlasığmaz hadisə baş verir.
“Duqlas A 4” hücumçu təyyarəsi onu aparan gəminin göyərtəsindən suya düşür. Təyyarədə isə nüvə bombası var idi. Nə təyyarəni, nə onun pilotunu, nə də bombanı tapmaq mümkün olur və həmin nüvə bombası yarım əsrdən çoxdur ki, okeanın dibindədir.
Bu, ABŞ-nin gözlənilmədən itirdiyi 6 nüvə silahından biridir. Bu, belə qəbildən olan hadisələrdən sonuncusu deyil. Pentaqonun hesabatlarında daha bir hadisə qeydə alınıb.
1968-ci il yanvarın 21-də Qrenlandiya üzərindən uçarkən, B 52 təyyarəsinin qəzaya uğraması nəticəsində 4 nüvə bombası yanğın zamanı yanır. Təyyarənin düşdüyü və yanğının baş verdiyi ərazidə 4 ay ərzində zəhərli maddələrdən təmizləmə işləri aparılıb.
Bəşəriyyət üçün təhlükə olan nüvə silahı ilə imtahan bununla bitmir. Ən səs-küylü hadisələrdən biri 1980-ci ilin sentyabrında baş verir. Arkanzas ştatındakı nüvə şaxtasında qitələrarası ballistik nüvə silahını təcrübədən keçirirdilər. Raket artıq yanacaqla təchiz olunmuşdu və buraxılışa hazır vəziyyətdə idi.
Raketin başlığı doqquz meqaton həcmində olan hidrogen bombasından ibarət idi. Təhlükə yaradan hadisə şaxtada təmir işləri görən ustanın əlindəki açar başlığının qopub raketi zədələməsi ilə başlayır. Açarın başlığı 24 metr aşağı düşərək raketin yanacaq olan hissəsində dəlik açır.
Tez odlanan raket yanacağı bütün şaxtaya yayılmağa başlayır. Raket kompleksinin işçilərini və yerli camaatı hadisə yerindən təxliyə edirlər. Şaxtada yalnız hərbi personal işini davam etdirərək vəziyyətdən çıxış yolları axtarmağa başlayır. 8 saatdan sonra şaxta alovlanmağa başlayır və partlayış baş verir.
Bir nəfər həlak olur, 21 nəfər isə yaralanır. Şaxtanın 740 ton ağırlığında olan qapısı partlayış nəticəsində 60 metr hündürə uçur. Bu fakt partlayışın miqyasını təsəvvür etməyə imkan verir və əlbəttə ki, insanı dəhşətə gətirir. Raketin nüvə başlığı xoşbəxtlikdən işə düşmür. Belə qorxunc hadisələrdən biri də 1983-cü ilin 26 sentyabrında baş verib.
Sovet peyki qitələrarası nüvə raketinin atılması barədə siqnal verir. Protokola görə, ABŞ tərəfindən atılan istənilən raketə reaksiya verilməli və cavab raketi atılmalı idi. Bu isə müharibə demək idi. Amma növbətçi zabit Stanislav Petrov bu siqnalın doğruluğuna şübhə edir. Çünki Birləşmiş Ştatlar nüvə silahını işə salacaqdısa, bu yalnız bir raket olmayacaqdı. Bir az sonra daha dörd raketin atılması barədə siqnal gəlir.
Stanislav Petrov bu siqnalın da yanlış olduğuna qərar verir və o həqiqətən də haqlı idi. Siqnal yanlış imiş. Bu qərar milyonlarla insanın həyatını xilas etmişdi. Peyk sistemi günəş şüalarının buludlarda əks olunmasını nüvə raketinin atılmasına bənzətmişdi. Bu hadisədən sonra S.Petrov istefaya göndərilir.


ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI