13:02 - COP 29-da Qadın Həmrəyliyi
00:54 - Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib
00:52 - COP29 Sədrliyi bəyanat yaydı
00:51 - Prezident İlham Əliyev: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb
00:49 - Xankəndidə ilk solo konsert keçiriləcək
00:46 - İlham Əliyev ədliyyə nazirinə ali xüsusi rütbə verdi
00:39 - Prezident İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib
00:38 - Nazir sabiq direktora vəzifə verdi
20:58 - Allah rəhmət eləsin.
16:48 - Leyla Əliyeva nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak etdi
16:43 - Azərbaycanda 2025-ci ildə meşəçiliklə bağlı beynəlxalq konfrans keçiriləcək
16:41 - Qədim Quran əlyazmasında gizli mətn tapıldı
16:39 - Qonşu ölkənin 46 rayonuna qarlı hava XƏBƏRDARLIĞI EDİLDİ
17:53 - Rövşən Rüstəmov COP29 çərçivəsində İpək Yolu ilə bağlı tədbirdə iştirak edib - FOTO
17:51 - Azərbaycan XİN Qarakənd faciəsi ilə bağlı paylaşım edib
Münxen görüşləri AŞPA-nın Azərbaycana qarşı qərəzli qərarına tutarlı cavab oldu - AÇIQLAMA
VETENİM-AZERBAYCANDIR.AZ
Bir neçə gün əvvəl Almaniyanın Münxen şəhərində keçirilən Münxen Təhlükəsizlik Konfransında Prezident İlham Əliyevin bütöv, suveren Azərbaycanın lideri kimi iştirakı hər birimizdə qürur yaratdı. Qürurverici amillərdən biri də konfrans iştirakçılarının Azərbaycan Prezidenti ilə görüşmək, onu növbədənkənar prezident seçkilərində parlaq qələbə qazanması münasibətilə təbrik etmək üçün sanki növbəyə dayanmaları oldu. Dövlətimizin başçısının Münxendə keçirdiyi 15-ə yaxın yüksək səviyyəli görüşün hər birinin təşəbbüskarı qarşı tərəf olub. Bu, həm Azərbaycan Prezidentinin, həm də ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir. Eyni zamanda, Azərbaycanın uğurlu xarici siyasətinin məntiqi nəticəsidir. Münxen görüşləri, həm də bu yaxınlarda ölkəmizə qarşı qərəzli mövqe nümayiş etdirən AŞPA-ya tutarlı cavab oldu.
Bu fikirləri açıqlamasında siyasi şərhçi Əliqismət Bədəlov bildirib.
O deyib ki, dövlət başçımızın Münxenə sonuncu səfəri əvvəlkilərdən fərqli olub. Budəfəki səfərə İlham Əliyev Azərbaycanın bütün ərazilərində keçirilən prezident seçkilərinin qalibi, bütöv, suveren Azərbaycanın Prezidenti kimi getmişdi. Artıq dünya birliyi Azərbaycanın gücünü, qüdrətini daha yaxından hiss etdi. Ölkəmizə qarşı qərəzli olanlar, təhdid və təzyiq vasitələrindən hələ də bir vasitə kimi istifadə edənlər başa düşdülər ki, Azərbaycanla hədə yolu ilə danışmaq olmaz. Belə vasitələrlə ölkəmizi, onun liderini tutduğu yoldan döndərmək mümkün deyil. Bunu dərk edən konfrans iştirakçıları dövlətimizin başçısı ilə görüşmək arzusunda olduqlarını gizlətmədilər. Qeyd etdiyimiz kimi, bütün görüşlər qarşı tərəflərin müraciətləri əsasında baş tutub.
Ə.Bədəlov bildirib ki, konfransda diqqət çəkən məqamlardan birinin də qarşı tərəfin müraciətinə əsasən Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinkenlə görüş olub. Dövlət katibi Azərbaycanla ikitərəfli əlaqələri çox yüksək qiymətləndirdiklərini diqqətə çatdırıb. A.Blinkenin ikitərəfli münasibətlərin və ölkələrimiz arasında əməkdaşlığın daha da gücləndirilməsi üçün yaxşı imkanların olduğunu, həmçinin COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdırması, COP çərçivəsində ABŞ-ın da Azərbaycanla əməkdaşlığa və ölkəmizi bu istiqamətdə dəstəkləməyə hazır olduğunu bildirməsi anti-Azərbaycan qüvvələrə mesaj oldu. Çünki həm Ermənistan, həm də onun havadarları son vaxtlar ABŞ-ın Azərbaycanla münasibətlərində soyuqluq yaranması barədə düşünür və bundan istifadə etməyə çalışırdılar. Ancaq ABŞ Dövlət katibinin Prezident İlham Əliyevlə görüşü zamanı səsləndirdiyi fikirlər anti-Azərbaycan qüvvələrin düşüncələrini alt-üst etdi.
Siyasi şərhçi digər görüşlərin - ATƏT-in Baş katibi, Münxen Təhlükəsizlik Konfransı Fondu Şurasının vitse-prezidenti xanım Helqa-Mariya Şmidin, Münxen Təhlükəsizlik Konfransının sədri Kriştof Xoysqenin, Avropa Komissiyasının Avropa Yaşıl Saziş Təşəbbüsü, təsisatlararası əlaqələr və planlaşdırma üzrə İcraçı vitse-prezidenti Maroş Şevçoviçin, ABŞ Prezidentinin iqlim üzrə xüsusi nümayəndəsi Con Kerrinin və digərlərinin onların öz təşəbbüsləri ilə baş tutmasını dövlət başçımızın nüfuzunun yüksək olması ilə əlaqələndirib. Qeyd edib ki, qarşı tərəflərin görüşlərdə dövlətimizin başçısını prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik etmələri seçkilərin demokratik, azad və ədalətli keçirilməsinin beynəlxalq aləmdə də qəbul edilməsinin göstəricisi olduğundan xəbər verir.
Ə.Bədəlov, həmçinin bildirib ki, görüş zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlığın uğurla inkişaf etməsindən məmnunluq ifadə edilməsi, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Bakıda keçirilməsi münasibətilə dövlətimizin başçısına təbriklərin çatdırılması Azərbaycanın beynəlxalq aləmdə qüdrətli dövlət kimi qəbul edilməsinə işarədir: “Diqqət çəkən məqamlardan biri də Almaniya Kansleri Olaf Şoltsun təşəbbüsü ilə dövlətimizin başçısı ilə keçirilən görüş oldu. Hətta Prezident İlham Əliyevin Kansler Olaf Şolts və Ermənistanın baş naziri Nikol Paşinyan ilə birgə görüşü olub. Artıq Almaniya da Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasında vasitəçilik etmək istədiyini gizlətmir. Kansler Almaniyanın Ermənistanla Azərbaycan arasında sülh gündəliyini, eyni zamanda, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel tərəfindən aparılan missiyanı dəstəklədiyini vurğulayıb”.
Siyasi şərhçi bir məqamı da diqqətə çatdırıb. Dövlətimizin başçısı ATƏT-in Minsk qrupunun, eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi kimi tamamilə fəaliyyətsiz strukturların artıq ləğv edilməsinin vaxtının çoxdan yetişdiyini vurğulayıb. “Münxen Təhlükəsizlik Konfransında keçirilən görüşlər bir daha təsdiqlədi ki, Azərbaycanın xarici siyasəti ölkəmizin dünya birliyindəki reytinqini daha da yüksəldib, mövqeyini möhkəmləndirib və bizimlə əməkdaşlıq etmək istəyən dövlətlərin sayını artırıb. Dövlət başçımızın görüşləri isə Azərbaycanın getdikcə artan gücünü dünyaya bəyan etdi”, - deyə Ə.Bədəlov bildirib.