13:02 - COP 29-da Qadın Həmrəyliyi
00:54 - Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib
00:52 - COP29 Sədrliyi bəyanat yaydı
00:51 - Prezident İlham Əliyev: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb
00:49 - Xankəndidə ilk solo konsert keçiriləcək
00:46 - İlham Əliyev ədliyyə nazirinə ali xüsusi rütbə verdi
00:39 - Prezident İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib
00:38 - Nazir sabiq direktora vəzifə verdi
20:58 - Allah rəhmət eləsin.
16:48 - Leyla Əliyeva nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak etdi
16:43 - Azərbaycanda 2025-ci ildə meşəçiliklə bağlı beynəlxalq konfrans keçiriləcək
16:41 - Qədim Quran əlyazmasında gizli mətn tapıldı
16:39 - Qonşu ölkənin 46 rayonuna qarlı hava XƏBƏRDARLIĞI EDİLDİ
17:53 - Rövşən Rüstəmov COP29 çərçivəsində İpək Yolu ilə bağlı tədbirdə iştirak edib - FOTO
17:51 - Azərbaycan XİN Qarakənd faciəsi ilə bağlı paylaşım edib
Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Xaçmaz rayon Komitəsinin üzvlərinin 2024-cü ildə ilk tədbiri keçirildi.
Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Xaçmaz rayon Komitəsinin üzvlərinin 2024-cü ildə ilk tədbiri keçirildi.
Tədbiri Mədəniyyət İşçilərinin Həmkarlar İttifaqının Xaçmaz Rayon Komitəsinin sədri Qərib Usubov açdı, 2024-cü ildə keçirilən ilk iclasa dəvət olunanları salamladı, ulu öndər H. Əliyevin və torpaqlarımızın azadlığ uğrunda şəhid olan Azərbaycan oğullarının ruhunun bir dəqiqəlik sükutla yad edilməsını toplantı iştirakçılarından xahiş etdi.
Bir dəqiqəlik sükutdan sonra 2023-cü ilin yekunlarına qısa nəzər salındı. Qərib Usubov çıxışında ötən il 2 respublika səviyyəli tədbirdə- ulu öndər H.Əliyevin 100 illiyinə həsr olunmuş plenium və rayon komitə sədrlərinin qurultayında iştirak etdiyini və qarşıda duran məsələlərin müzakirə olunduğunu vurğuladı. O, Ali Baş Komandan,cənab İlham Əliyevin növbədən kənar prezident seçkilərində yenidən qalıb gəlməsini təqdirəlayiq hal və xalq sevgisi kimi qeyd etdi.
Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Xaçmaz rayon Komitəsində fəaliyyət göstərən komissiyaya sədrləri təmsil etdikləri komissiyanın işi haqqında məlumat verdilər.Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Xaçmaz rayon Komitəsinin Gender Bərabərliyi və Qadın Problemləri üzrə komissiya sədri Xaçmaz H. Əliyev adına mərkəzin direktoru Könül Əsgərova 2024-cü ildəki planları nəzərə çatdırdı. Nəzər alınsa ki, mədəniyyət müəsissələri çalışanların əksəriyyətini qadınlar təşkil edir. Onlarla işləmək və problemləri ilə yaxından maraqlanmaq vacibdir.Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Xaçmaz rayon Komitəsinin əməyi mühafizə komissiyasının sədri Afət Vəlixanova çıxışında işçilərin sağlamlığının mühafizəsi məsələsində nəzarətin gücləndirilməsi məqsədilə dəyirmi masanın, əmək hüquqlarının təmin olunması məsəqdi ilə qeyri-qanuni müddətli müqavilələrin bağlanmasına yol verməmək mövzusunda söhbətlərin, Prezident İlham Əliyevin 2023-cü il dekabrın 25-də verdiyi sərəncamla 2024-cü ilin "Yaşıl Dünya Naminə Həmrəylik ili" elan olunması ilə əlaqədar müəssisələrdə dəyirmi masanın, qeyri-formal əmək münasibətlərinin qarşısını almaq məqsədi ilə işçilərin əmək müqavilələrinin bağlanması işinə nəzarəti gücləndirmək ilə bağlı işlərin aparılmasından danışdı.
Fərdi Əmək mübahisələri komisiyyasının sədri Sənan Rüstəmov, Gənclərlə iş üzrə komissiyyanın sədri Nizami Mustafayev 2024-cü il üçün iş planlarını təqdim etdilər və üzərlərinə düşən məsuliyyəti dərk etdiklərini vurğuladılar.Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Xaçmaz rayon Komitəsinin üzvlərinin 2024-cü ildə ilk tədbiri keçirildi.
Çıxışlar dinlənildikdən sonra Mədəniyyət İşçilərinin Həmkarlar İttifaqının Xaçmaz Rayon Komitəsinin sədri Qərib Usubov Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin ötən il ərzində yubileyi olan işçılərinə Fəxri Fərman və pul mükafatı ilə təltif etdi.
Sonda iclas iştirakçıları xatirə şəkili çəkdirdilər.
Gülxar RƏHİMLİ,
“ VƏTƏNİM AZƏRBAYCANDIR”.
“ XAÇMAZ”.