Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

02:03 - Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

01:56 - “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə dəyişikliklər təsdiqlənib

01:52 - Avropa çempionatı: Azərbaycanın daha bir güləşçisi finala yüksəlib

01:35 - 19 may 2024 cü ildə Ahəng Psixologiya Reabilitasiya İnkişaf mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetində "Sağlam ruh, sağlam cəmiyyət naminə" psixoloji masrifləndirici forum keçirildi.

17:34 - Prezident Qarabağ Universitetinə rektor təyin etdi

15:02 - Seyid İbrahim Rəisi: "İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür"

15:00 - Latviya parlamentinin sədri Füzulidə səfərdədir

14:58 - Prezident: "İki hidroqovşağın açılışı və istismara verilməsi tarixi hadisədir"

14:57 - Azərbaycan Prezidenti: "Bizim energetika sahəsində çox böyük planlarımız var"

14:56 - İlham Əliyev: "İran ilə Azərbaycan arasında dövlətlərarası münasibətlər ən yüksək səviyyəyə qalxıb"

02:11 - Kəlbəcərin Vəng kəndindən eksklüziv görüntülər - VİDEO

22:16 - İlham Əliyev Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməlini qoyub

22:13 - Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib.

19:09 - Rafael Ağayev Ginnesin Rekordlar kitabına düştü!

18:50 - Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası Türkiyədə keçirilən konfransda təmsil olunub - FOTO

Şəhid kəşfiyyatçı-kapitan Veysəl Musibovun anadan olmasının 35-ci ildönümü qeyd edilib

Şəhid kəşfiyyatçı-kapitan Veysəl Musibovun anadan olmasının 35-ci ildönümü qeyd edilib
20-02-2024, 20:07 63 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ





Abşeron rayonunda Vətən müharibəsi şəhidi kəşfiyyatçı-kapitan Veysəl Musibov Yadulla oğlunun anadan olmasının 35-ci ildönümü qeyd edilib.

VETENİM-AZERBAYCANDIR.AZ xəbər verir ki, tədbirdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları və məktəblilər iştirak ediblər. İştirakçılar Xırdalan şəhərindəki Şəhidlər xiyabanında şəhid Veysəl Musibovun məzarını ziyarət edib, üzərinə tər çiçəklər düzərək xatirəsini ehtiramla anıblar.

Çıxışlarda bildirilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti, qətiyyətli iradəsi və rəhbərliyi, şəhidlərimizin və qazilərimizin qəhrəmanlığı ilə xalqımız döyüş meydanında düşmənə qalib gəldikdən sonra Qarabağa həyat yenidən qayıdıb. İşğaldan azad olunmuş rayon və kəndlərimiz bir-birinin ardınca bərpa olunur, soydaşlarımız öz doğma yurdlarına qayıdırlar.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev çıxışında şəhidlərin adlarının əbədiləşdirilməsi istiqamətində müxtəlif layihələrin həyata keçirildiyini qeyd edib. O, Vətən Müharibəsi Qəhrəmanı Veysəl Musibovun şərəfli ömür yolunun gənc nəsil üçün nümunə olduğunu diqqətə çatdırıb.
Daha sonra tədbir şəhidin adını daşıyan Xırdalan şəhər 5 saylı tam orta məktəbdə davam etdirilib. Məktəblilər şəhidlər haqqında şeir və mahnılar təqdim ediblər.
Şəhidin anası Səməngül Musibova dövlət tərəfindən şəhid ailələrinə göstərilən yüksək diqqət və qayğıdan danışıb.
Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamları ilə Veysəl Musibov “Vətən Müharibəsi Qəhrəmanı”, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medallarına layiq görülüb.
 

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI