Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Avropa çempionatında 3 medal qazanan qadın güləşçilər Vətənə qayıdıblar

Avropa çempionatında 3 medal qazanan qadın güləşçilər Vətənə qayıdıblar
18-02-2024, 11:30 124 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında 2 qızıl, 1 bürünc medal qazanan qadın güləşçilərdən ibarət Azərbaycan millisi Vətənə qayıdıb.

VETENİM-AZERBAYCANDIR.AZ xəbər verir ki, 83 xalla komanda hesabında 4-cü yeri tutan yığma üzvlərini Heydər Əliyev Beynəlxalq Aeroportunda Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Güləş Federasiyasının nümayəndələri, məşqçilər və idmançılar qarşılayıblar.

Qeyd edək ki, yarışda yalnız Ukrayna (147), Türkiyə (142) və Rumıniyadan (101) geri qalan Azərbaycan yığması medalların əyarına görə Avropa çempionatlarında son 8 ilin, xallara görə son 6 ilin, komanda sıralamasına görə isə son 5 ilin ən yaxşı nəticəsinə imza atıb.
Milli komanda qitə birinciliyində 10 çəkidən yalnız 5-də təmsil olunub. Mariya Stadnik (50 kiloqram) və Alyona Kolesnik (59 kiloqram) qızıl, Elis Manolova (65 kiloqram) isə bürünc medal qazanıb.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI