Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Maksim Quen: “Paşinyan sülhə çalışarkən Ermənistanda dövlətçilik ənənəsinin olmaması ilə qarşılaşır”

Maksim Quen: “Paşinyan sülhə çalışarkən Ermənistanda dövlətçilik ənənəsinin olmaması ilə qarşılaşır”
17-02-2024, 16:55 131 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ


“Ermənistanın baş naziri Nikol Paşinyan sülhə çalışarkən təkcə 30 illik dəhşətli səhvlərin mirası (2019-20-ci illərdəki öz xətaları da daxil olmaqla) ilə yox, həm də Ermənistanda dövlətçilik ənənəsinin olmaması ilə qarşılaşır”.
Bunu açıqlamasında ADA Universitetinin müəllimi, fransalı tarixçi, politoloq Maksim Quen (Maxime Gauin) bildirib.
Ermənistan ordusunun fevralın 12-də Azərbaycan-Ermənistan şərti dövlət sərhədində törətdiyi təxribatın səbəblərindən danışan ekspert bildirib ki, Nikol Paşinyanın belə bir təxribata göstəriş verməsinin mənası yoxdur:
“Fikrimcə, konteksti nəzərə almaq lazımdır. Ötən ilin oktyabrında Qranadada Nikol Paşinyan təkcə Azərbaycan və Ermənistanın ərazi bütövlüyünün qarşılıqlı tanınması ilə bağlı Praqa bəyannaməsini təsdiqləmədi, o həm də ilk dəfə yazılı şəkildə Qarabağı və anklavları Azərbaycan ərazisi kimi tanıdı. Bunları nəzərə alsaq, Paşinyanın belə bir təxribata göstəriş verməsinin mənası yoxdur. Bəs kim sifariş verib? Bunu əminliklə demək üçün hələ tezdir”.
M.Quen Paşinyan kabinetinin 2021-ci ildən bəri bu adamdan canını qurtarmaq istədiyini, lakin həm səriştəli, həm də sədaqətli adam tapa bilmədiklərini də diqqətə çatdırıb:
“Azərbaycanlılar məntiqlə sual edə bilərlər ki, Ermənistan ordusu niyə arzuolunmaz və təxribatçı ünsürlərdən təmizlənmir? Bununla bağlı bir məqamı diqqətinizə çatdıra bilərəm. 2022-ci ildə Paşinyan Parisə getdi. Onun maşınına Ermənistan İnqilabi Federasiyasının (ARF, R.Koçaryan və S.Sarqsyan kabinetlərinin kiçik partnyoru) üzvləri yumurta atdılar, onu təhqir etdilər. Lakin həmin gün onların bir hissəsi Ermənistanın Paris səfirliyində qarşılandı. Paşinyan kabineti 2021-ci ildən bu adamdan canını qurtarmaq istəyir, lakin həm səriştəli, həm də sədaqətli adam tapa bilmir. Onun ordu ilə bağlı oxşar problemlərlə üzləşdiyini düşünmək ağlabatandır”.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI