Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

02:03 - Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

01:56 - “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə dəyişikliklər təsdiqlənib

01:52 - Avropa çempionatı: Azərbaycanın daha bir güləşçisi finala yüksəlib

01:35 - 19 may 2024 cü ildə Ahəng Psixologiya Reabilitasiya İnkişaf mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetində "Sağlam ruh, sağlam cəmiyyət naminə" psixoloji masrifləndirici forum keçirildi.

17:34 - Prezident Qarabağ Universitetinə rektor təyin etdi

15:02 - Seyid İbrahim Rəisi: "İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür"

15:00 - Latviya parlamentinin sədri Füzulidə səfərdədir

14:58 - Prezident: "İki hidroqovşağın açılışı və istismara verilməsi tarixi hadisədir"

14:57 - Azərbaycan Prezidenti: "Bizim energetika sahəsində çox böyük planlarımız var"

14:56 - İlham Əliyev: "İran ilə Azərbaycan arasında dövlətlərarası münasibətlər ən yüksək səviyyəyə qalxıb"

02:11 - Kəlbəcərin Vəng kəndindən eksklüziv görüntülər - VİDEO

22:16 - İlham Əliyev Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməlini qoyub

22:13 - Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib.

19:09 - Rafael Ağayev Ginnesin Rekordlar kitabına düştü!

18:50 - Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası Türkiyədə keçirilən konfransda təmsil olunub - FOTO

“Sizinlə işləməyi səbirsizliklə gözləyirəm” - Sunakdan Əliyevə

“Sizinlə işləməyi səbirsizliklə gözləyirəm” - Sunakdan Əliyevə
15-02-2024, 19:59 58 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ


Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Rişi Sunak Prezident İlham Əliyevə təbrik məktub ünvanlayıb.

VETENİM-AZERBAYCANDIR.AZ xəbər verir ki, məktubda deyilir:

“Hörmətli Prezident Əliyev.
Yenidən Azərbaycan Respublikasının Prezidenti vəzifəsində səlahiyyətlərinizin icrasına başlamağınız münasibətilə Sizə ən xoş arzularımı çatdırıram.
Ötən 30 ildən artıq müddətdə ölkələrimiz arasındakı münasibətlər daha da güclənib. Təkcə son 12 ay ərzində biz Ukraynaya dəstək vermək üçün birgə işləmişik, Londonda strateji dialoqumuzu aparmışıq, minalardan təmizlənmə üzrə təcrübəmizi bölüşmüşük və ticarət əlaqələrimizi qurmağa davam etmişik.
2024-cü il Azərbaycan üçün daha çox əhəmiyyət kəsb edir, çünki siz noyabrda COP29-a ev sahibliyi etməyə hazırlaşırsınız. Enerji keçidlərini irəliyə aparmaq və qlobal emissiyaları azaltmaq baxımından bu, həyati əhəmiyyətli bir məqamdır. Məmnuniyyətlə bildirmək istəyirəm ki, biz artıq COP26-nın ev sahibi kimi öz dəstəyimizi və təcrübəmizi təklif edirik. COP29-un uğurla keçirilməsi üçün sizə dəstək verəcəyimizə əmin ola bilərsiniz.
Mən, həmçinin Ermənistanla sülh əldə etmək istiqamətində göstərilən səylər barədə də məlumatlıyam. Bu, münaqişəyə son qoymaq üçün tarixi bir şansdır. Mən davamlı müqavilənin hər iki ölkənin və ümumilikdə bütün regionun rifahı və sabitliyi üçün gətirəcəyi böyük faydaları yüksək qiymətləndirirəm. Davamlı sülhə nail olunmasında hər iki ölkəyə Böyük Britaniyanın davamlı dəstəyini bir daha vurğulayıram.
Yeni səlahiyyət müddətinizdə Sizə uğurlar arzulayır və tərəfdaşlığımızı daha da möhkəmləndirmək üçün Sizinlə işləməyi səbirsizliklə gözləyirəm”.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI