Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Psixoloq: “Gizli şizofreniyanı yaxınları hiss etsələr də, adına “əsəbidir” deyib keçirlər...”

Psixoloq: “Gizli şizofreniyanı yaxınları hiss etsələr də, adına “əsəbidir” deyib keçirlər...”
14-02-2024, 21:55 144 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ


Aramızda yetəri qədər şizofren insanlar var, amma fərqində deyilik. İndiyə qədər dəfərlə seanslarımda rast gəlmişəm və psixiatra yönləndirmişəm. Bir var, aşkar şəkildə psixi pozğunluq, bir də var, gizli şəkildə. Gizli şizofreniya, yəni şizotipal pozğunluq nə qədər gizli olsa da, adamda nəsə psixoloji vəziyyətin yolunda getmədiyini ailə içi, yaxınlar hiss etsələr də, adına “əsəbidir” deyib keçirlər. Şizofren, yaxud gizli şizofren psixiatrik pozğunluğu olduğunu özü bilmir. Çünki törətdiyi hadisələri xatırlamır. Xatırlasa da, qəti inkar edir. Bu insanlar cəmiyyət üçün təhlükəlidir.  Xüsusən də, əgər narkotik maddə, yaxud spirtli içki qəbul edibsə, yırtıcıya çevrilir. Hətta bir fincan pivə içmiş olsa belə...”

 
Bu sözləri tanınmış psixoloq Samirə Bağırova Pravda.az-a açıqlamasında fevralın 13-də Bakıda 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun öz ailə üzvlərini qətlə yetirməsi barədə danışarkən deyib.
 
“Körpə uşaqları ilə birgə intihar etmək istəyən qadın, anasını ölümünə döyən oğlan, özünü iblis hesab edən və bu kimi pasientlərimi psixiatra yönləndirirəm, çünki bu insanların daxilində dərin bir incikliyin gizli intiqama çevrildiyini və gələcəkdə törədəcəkləri hadisələri təxmin etmək olur. Mütləq psixiatrik dərmanlar qəbul edilməli, müalicələri nəzarətdə saxlanmalı və müalicə davam etdiyi halda ara-sıra psixoloq kontrolu keçməlidirlər. Hətta daha ağır psixi pozğunluğu olanlar bir müddət psixiatrik klinikada yatmalıdır. Di gəl ki, bir çox ailələrin fəlakət yaşadan mentalitet düşüncələri var - “ camaat nə deyər”, “filankəsin qızı, yaxud oğlu dəlidir deyərlər, biabır olarıq” fikirləri, məhz bu kimi faciələrin baş verməsi ilə nəticələnir. Bu hal ilk və yeni hal deyil. Sadəcə, öldürülənlərin sayı çoxdur. Pullar alınır, müəyyən müddət sonra məsələ bağlanır və xəstə azadlığa buraxılır. İstər həkim olsun, xəstənin müalicəsinə pullar ödənilir ki, klinikada yatsın, həkim isə psixoloqa yollayır. Xəstənin həkimindən diaqnozu soruşuram ki, xəstəxanada nə ilə yatıb? Həkim deyir ki, diaqnozu yoxdur. Halbuki xəstə uşağı səbəbsiz balkondan atıb, amma xatırlamır. Pul hesabına bağlı qalan ən təhlükəli xəstə qatillər isə aramızdadır - “camaat nə deyər” deyən valideyinlərinin, yaxınlarının, rüşvətin hesabına...”, - psixoloq bildirib.

 
Aytəkin Qardaşova

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI