Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Rusiya səfiri: “Qarabağ məsələsi bağlıdır”

Rusiya səfiri: “Qarabağ məsələsi bağlıdır”
12-02-2024, 11:22 126 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ


“Qarabağ məsələsi bağlıdır. Bu məsələ sentyabrda həll olunub”.
Bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov öz ölkəsinin mətbuatına müsahibəsində deyib.
“Qarabağ məsələsi bağlanıb. Bütün bu illər ərzində Rusiya Qarabağ məsələsini sülh yolu ilə həll etmək üçün səylər göstərib. Təəssüf ki, alınmadı: bu mövzu sentyabrda bağlandı. Rusiya hər zaman bu məsələdə çox mühüm rol oynayır. Rusiya tərəflər arasında sülh müqaviləsi üzrə danışıqlarda maksimum dəstək verməyə hazırdır”, - diplomat vurğulayıb.
Bakı ilə İrəvan arasında sülh müqaviləsi layihələrinin mübadiləsinin həyata keçirildiyini xatırladan səfir Azərbaycanın təklifinin “tamamilə əsaslandırılmış”olduğunu vurğulayıb:
“İndi Ermənistan və Azərbaycan bilavasitə sülh müqavilələri layihələrini mübadilə edirlər. Azərbaycan tərəfinin təklif etdiyi, məncə, tamamilə əsaslandırılmış, bir qayda olaraq, tərəflər arasında sülh müqavilələrində mövcud olan standart müddəa və maddələrdir. Prinsipcə, Bakının irəli sürdüyü təkliflərə əsasən, mənə elə gəlir ki, bu danışıqlar yetərincə tez başa çatdırıla bilər”.
Yevdokimov həmçinin Rusiyanın “Moskva platformasını” təqdim etməyə və s. məsələlərdə tərəflərə yardımçı olmağa hazır olduğunu söyləyib:
“Biz Moskva platformasını təqdim etməyə hazırıq, lazım gələrsə, ekspertizamızı, mətnlə bağlı məsləhətlərimizi verməyə hazırıq. Azərbaycanlı həmkarlarımızla çox yaxşı qarşılıqlı əlaqələrimiz var”.
Mənbə: “İzvestiya”

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI