Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

23:39 - Ömrünün ən parlaq illərini doğma vətənimizə, dövlətimizə dövlətçiliyimizə, milli mətbuatımıza həsr edən səmimi, dürüst, xeyirxah və bu kimi insani keyfiyyətləri özündə cəmləşdirməyi bacaran çox hörmətli Kamran Orucovdan bəhs edək bu gün.

22:31 - Muxtar Babayev BMT rəsmisi ilə COP29-a hazırlığı müzakirə edib

22:29 - FHN azad olunmuş ərazilərindəki obyektlərdə tədbir keçirib

22:28 - Prezident İlham Əliyevin İtaliyaya işgüzar səfəri başa çatıb

22:25 - Prezident İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri ilə görüşüb

22:23 - Hesablama Palatası Bakı Dövlət Universitetində nöqsanlar aşkar edib

22:20 - Prezident: Geniş coğrafiyada Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası başlıca amil olub

22:16 - İlham Əliyev İtaliyada keçirilən Çernobbio Forumunda çıxış edib

21:19 - Romada Azərbaycan ilə İtaliya arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub

21:15 - COP29 Əməliyyat Şirkəti: Yaşıl Zona özəl sektorun inkişafını sürətləndirmək əzmindədir

21:14 - Prezident İlham Əliyevin Romada İtaliya Prezidenti ilə birgə işçi naharı olub

21:13 - Nazir: Təhsilin formalaşması ilə bağlı cəmiyyətdə bir çox məqamların müzakirəsinə ehtiyac var

21:12 - Azərbaycan cüdoçusu Avropa çempionu olub

20:00 - Uzun illər "Xaçmaz" qəzetində çalışan, jurnalistika peşəsini çiyinlərində daşıyan həmkarımız Gülxar Rəhimlinin doğum günüdür.

00:00 - Türkiyə və Azərbaycan yeni iqtisadi blokda birləşə bilər - Bakı və Ankaranın qlobal təsiri artır

Finlandiyanın yeni Prezidenti bəlli olub

Finlandiyanın yeni Prezidenti bəlli olub
11-02-2024, 02:00 73 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

Finlandiyanın yeni - on üçüncü Prezidenti bəlli olub.

VETENİM-AZERBAYCANDIR.AZ xəbər verir ki, Milli Koalisiya Partiyasının namizədi Aleksandr Stubb prezident seçkilərinin ikinci turunda qələbə qazanıb. Stubb dövlət başçısı vəzifəsinin icrasına 2024-cü il martın 1-dən başlayacaq.

Professor Kay-Yoran Aleksandr Stubb hazırda Florensiya transmilli idarəetmə məktəbinin direktorudur. O, 2017-ci ilə qədər Baş nazir, maliyyə naziri, xarici işlər naziri, ticarət naziri vəzifələrində çalışıb, Avropa və milli parlamentlərin üzvü olub.
2014-2016-cı illərdə Finlandiyanın “Kokoomus” Milli Koalisiya partiyasının sədri, 2017-2020-ci illərdə isə Avropa İnvestisiya Bankının vitse-prezidenti vəzifəsində çalışıb.
Aleksandr Stubb doktorluq dərəcəsinə malikdir, London İqtisadiyyat məktəbində Beynəlxalq münasibətlər üzrə magistr dərəcəsi, Bruggedə Avropa Kollecində idarəetmə üzrə magistr dərəcəsi və Cənubi Karolinadakı Furman Universitetində siyasi elmlər üzrə bakalavr dərəcəsi alıb. O, həmçinin Parisdəki Sorbonada fransız dili, mədəniyyəti və sivilizasiyasını da öyrənib.
Stubb Avropa işləri ilə bağlı bir çox kitab və elmi məqalə yazıb və “Financial Times” da daxil olmaqla, bir neçə qəzetdə müntəzəm materialları dərc olunur.
Finlandiyanın yeni prezidenti həm də idman azarkeşi və həvəskar triatlonçudur.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI