Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Şərqin elm və mədəniyyət beşiyi Naxçıvan

Şərqin elm və mədəniyyət beşiyi Naxçıvan
9-02-2024, 17:03 511 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

(Naxçıvan Muxtar Respublikasının 100 illiyi münasibətilə)   Qədim Şərqi elm və mədəniyyət beşiyi adlandıranlar yanılmırlar. Görkəmli şərqşünas alim R.Vinter yazır ki, “Şərq, yəni bütün Ön Asiya, uzun müddət original sayılmış, Avropa isə onun üzünü köçürmüş şagirddir. …Demək olar ki, Avropa mədəniyyətinin hər bir yüksələn pilləsi Şərqdəki böyük ixtiranın izidir”.Bu mənada Naxçıvan istər təbiətinə, istər coğrafi mövqeyinə, istər relyefinə, istərsə də sosial göstəricilərinə görə daim diqqət mərkəzində olan bir diyardır. Bu qədim diyarın Araz çayının sahilində bərqərar olması, 200-dən çox yeraltı şəfa sularına (Badamlı, Sirab, Darıdağ, Vayxır, Nəhəcir və s.) malik olması, zəngin biosferi, rekord səviyyədə kənd təsərrüfatı məhsullarının yetişdirilməsi texnologiyası, islam dəyərlərinə dərin hörməti, elmə, təhsilə, mədəniyyətə olan sevgisi ilə daim fərqlənən bir məkana çevrilməsi xüsusi qeyd olunmalıdır.Muxtar respublikanın təbiəti, tarixi, ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatı sistemli şəkildə tədqiqat obyektinə çevrilib. Muxtar respublikaya həsr olunmuş kompleks məqalələr; elm və sənət adamlarının həyat və yaradıcılığı, diyarın bütün inzibati rayonları, fiziki-coğrafi obyektləri, şəhər və kəndləri, geoloji quruluşu, yeraltı və yerüstü təbii sərvətləri haqqında xeyli məqalələr internet səhifələrində, beynəlxalq qəzet və jurnallarda işıqlandırılır.Babalarımızın ağır zəhmət bahasına qurduğu, gələnin-görənin “Nəqşi cahan” adlandırdıqları bu gözəl şəhərin, ancaq zaman-zaman daşı-daş üstündə qalmayıb. “Lakin dövran keçib, xarabazara döndərilmiş Naxçıvan xarabalıqlar
içindən dönə-dönə baş qaldırıb, yenidən dirçələrək, əvvəlki görkəmini qaytarıb. Hətta əvvəlkindən də gözəl olub. Yad gözlərin ona zillənmiş kəc baxışları isə dünən olduğu kimi bu gün də üstündən çəkilməyib”.
VII əsrin ortalarında ərəblərin Azərbaycana gəlməsi ilə özünün əlverişli geosiyasi və strateji mövqeyinə görə ərəb ordusunun dayaq məntəqələrindən biri olan Naxçıvan sonrakı dövrlərdə siyasi-iqtisadi-mədəni mərkəz kimi əhəmiyyətini
artırmış, yüz illərdən bəri fəaliyyət göstərən Böyük İpək Yolunun şaxələri vasitəsilə о vaxtkı dünyanın məşhur ölkə və şəhərləri ilə əlaqə saxlamış, Azərbaycan atabəyləri dövründə isə “Nəqşi cahana”  çevrilərək regionun bənzərsiz şəhəri olmuşdur. Doğrudan da, qədim dövrlərdən Şərqi Qərblə, Şimalı Cənubla birləşdirmiş, ucsuz-bucaqsız yolların qovşağında yerləşən, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan, mədəniyyətlərin, sivilizasiyaların yüksək zirvəyə çatdığı Naxçıvan diyarının Şərqin qapısı sayılması təsadüfi deyil. Vaxtilə Məhəmməd Naxçıvani, Həmdullah Qəzvini, Katib Çələbi, Övliya Çələbi kimi tarixçi və coğrafiyaçı səyyahlar Naxçıvanı “Nəqşi-cahan” (“dünyanın bəzəyi”) adlandırmışlar.
Naxçıvanın tarixi eradan əvvələ söykəndiyi kimi, elm və mədəniyyət tarixi də çox-çox qədimlərə gedib çatır. İntibah dövrünün elm, təhsil və maarifi əsasən XI əsrdən formalaşmağa başlasa da, XII əsrdə Naxçıvanın mədəni həyatındakı ümumi yüksəliş, ədəbiyyatın və fəlsəfi fikrin inkişafı humanizm ideyalarınınyayılmasına rəvac vermişdir. Elm-sənət məbədi sayılan Naxçıvan təkcə ölkəmizə deyil, onun hüdudlarından kənara da – Yaxın və Orta Şərqə, Avropaya ictimai və siyasi xadim, filosof, həkim, sərkərdə, alim və mütəfəkkir, şair, yazıçı, tarixçi, memar, rəssam, musiqiçi, aktyor və digər adamlarının həyat və fəaliyyətindən,yaradıcılığından bəhs edən çoxsaylı dühalar bəxş etmişdir. Həddad əl-Nəşəvi (kitabdar), Əbu Əbdüllah ən-Müfərric əl-Nəşəvi (dini hüquqçu), Əhməd ibn Hacəf
Nəşəvi (filosof), “təbiblərin sultanı” adı ilə məşhur olan Əkmələddin Naxçıvani (təbib), Həsən ibn Ömər Naxçıvani (filosof), Kəmaləddin Naxçıvani (həkim, ilahiyyatçı), Nəsirəddin Tusi (ensiklopedik alim), Nəcməddin Naxçıvani (filosof), İzzəddin Naxçıvani (alim və ədib), …

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI