13:41 - Sumqayıtda bu əraziyə 2000 kvadratmetr asfalt örtüyü salınıb-FOTOLAR
13:27 - AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir
13:24 - Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib
13:23 - Azərbaycan neftinin qiyməti enib
01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
17:13 - Azərbaycanda Məhərrəm ayı başlayıb
17:11 - Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 107 il ötür
17:09 - Azərbaycanın 6 güləşçisi Avropa çempionatının finalına yüksəlib
Etibarlılıq müddəti bitən şəxsiyyət vəsiqələri ilə səs vermək mümkün olacaq?
VETENİM-AZERBAYCANDIR.AZ
“Şəxsiyyət vəsiqələrinin etibarlılıq müddəti bitən Azərbaycan vətəndaşları prezident seçkisində səsvermə hüququndan istifadə edə biləcəklər”.
VETENİM-AZERBAYCANDIR.AZ xəbərinə görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədrinin müavini Rövzət Qasımov bildirib.
Onun sözlərinə görə, əgər hər hansı vətəndaşın şəxsiyyətin vəsiqəsinin etibarlılıq müddəti bitibsə, vaxtı keçmiş olsa belə, həmin şəxsin kimliyini müəyyənləşdirmək üçün əsasdır:
“Şəxsiyyət vəsiqəsinin vaxtı bitibsə belə, həmin vətəndaş o şəxsiyyət vəsiqəsi ilə gəlib səs verə bilər”.
MSK sədrinin müavini bildirib ki, yeni nəsil şəxsiyyət vəsiqələri ilə bağlı hər hansı bir problem yoxdur:
“Yeni nəsil şəxsiyyət vəsiqələri 2018-ci ildən verilir və 10 il müddətinə verilir. Etibarlılıq müddətin bitməsi problemi köhnə şəxsiyyət vəsiqələri ilə bağlı ola bilər”.