Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Məntəqə sədri: “Laçında hamı seçki gününü səbirsizliklə gözləyir”

Məntəqə sədri: “Laçında hamı seçki gününü səbirsizliklə gözləyir”
3-02-2024, 19:29 124 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ


Laçında hər kəs 7 fevral gününü səbirsizliklə gözləyir.

VETENİM-AZERBAYCANDIR.AZ açıqlamasında 121 saylı Laçın seçki dairəsinin işğaldan azad edilən Laçın şəhərində yeni yaradılan 106 saylı seçki məntəqəsinin sədri Qardaşxan Dostuyev deyib.

Onun sözlərinə görə, məntəqədə 1 485 seçici qeydiyyatdadır: “Məntəqəmizin ən yaşlı seçicisi Osman Həsənovun 73 yaşı var”.
Q.Dostuyev vurğulayıb ki, Laçında hamı fevralın səsvermə gününü səbirsizliklə gözləyir: “İnsanların öz aralarında apardıqları müzakirələr də seçkiyə böyük marağın olduğunu göstərir. Hər kəsi tarixi seçkilərdə fəal olmağa və öz səsvermə hüququndan istifadə etməyə çağırıram”.
Qeyd edək ki, Azərbaycanda fevralın 7-nə növbədənkənar prezident seçkisi təyin olunub. Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparacaq.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI