Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Deputat: Ermənistan nümayəndələri Parlamentlərarası İttifaqın Baş katibinin təklifindən boyun qaçırmamalıdırlar

Deputat: Ermənistan nümayəndələri Parlamentlərarası İttifaqın Baş katibinin təklifindən boyun qaçırmamalıdırlar
2-02-2024, 13:26 132 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ


Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq Azərbaycan Prezidenti ilə görüşdə Beynəlxalq Parlamentlər İttifaqının Ermənistanın və Azərbaycanın parlament nümayəndələri arasında dialoq üçün platforma ola biləcəyi təklifi ilə çıxış edib. Martin Çunqonqun Ermənistanın və Azərbaycanın parlament nümayəndələri arasında dialoqla bağlı fikri konstruktiv təklifdir. Məsələ burasındadır ki, Azərbaycan parlamentariləri Ermənistanın torpaqlarımızı işğal altında saxladığı dövrdə də hər zaman parlament diplomatiyası çərçivəsində görüşlərin keçirilməsini dəstəkləyib. Çünki Azərbaycan dövləti həmişə əməkdaşlıq etdiyi beynəlxalq təşkilatların etibarlı tərəfdaşı qismində çıxış edir. Bu nöqteyi-nəzərdən də bizim parlamentarilər konstruktiv təkliflərə hər zaman açıq olublar. Parlamentlərarası İttifaqın bir üzvü kimi qeyd edə bilərəm ki, Azərbaycan bu və ya digər platformalarda, hazırda fəaliyyətimizi qeyri-müəyyən müddətə dayandırdığımız Avropa Şurası Parlament Assambleyasında, həmçinin Avropa Parlamentində Ermənistanın nümayəndələri ilə görüşlərin keçirilməsi təşəbbüsü ilə çıxış edib. Məsələn, Avropa Parlamenti ilə işçi qrupun nümayəndə heyətinin rəhbəri kimi dəfələrlə çıxışlarımda erməni nümayəndələri ilə dialoqa hazır olduğumuzu bəyan etmişik. Bildirmişik ki, qarşılıqlı fikir mübadiləsi apararaq problemlərin həllinə töhfələr verə bilərik. Təəssüf ki, Ermənistan nümayəndə heyətinin nümayəndələri hər dəfə birbaşa görüşlərdən imtina ediblər.
Bu fikirləri açıqlamasında Parlamentlərarası İttifaqın Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Tural Gəncəliyev Martin Çunqonqun rəhbərlik etdiyi təşkilatın Ermənistanın və Azərbaycanın parlament nümayəndələri arasında dialoq üçün platforma ola biləcəyi ilə bağlı təklifinə münasibət bildirərkən deyib.
Deputat qeyd edib ki, Parlamentlərarası İttifaqın Baş katibi tərəfindən səsləndirilən bu cür konstruktiv təşəbbüsə Ermənistan nümayəndələri hazır olmalı və təklifdən boyun qaçırmamalıdırlar. “Ancaq bu gün təəssüf olsun ki, Ermənistan nümayəndələri yalnız Avropa Şurası Parlament Assambleyasının ümumi sessiyalarında Azərbaycana qarşı iftira atmaqla məşğuldurlar. Onlar təkcə qarayaxma kampaniyasında canfəşanlıq nümayiş etdirirlər. Ancaq Azərbaycan nümayəndə heyəti həmişə parlament diplomatiyasının önəmini başa düşüb və bu istiqamətdə öz fəaliyyətini qurub”, - deyə deputat qeyd edib.
T.Gəncəliyev, həmçinin mötəbər təşkilat olan Parlamentlərarası İttifaqda Azərbaycanın böyük nüfuzunun olduğunu diqqətə çatdırıb. O bildirib ki, bu səbəbdən də İttifaqın Baş katibi şəxsən özü Azərbaycana səfərə gəldi. Martin Çunqonq Bakıda yüksək səviyyəli görüşlər keçirir və çıxışlarında ölkəmizin dünyadakı nüfuzunu yüksək qiymətləndirir. Məhz buna görə də o, Prezident İlham Əliyevlə görüşdə təmsil etdiyi qurumun Ermənistanın və Azərbaycanın parlament nümayəndələri arasında dialoq üçün platforma ola biləcəyi təklifi ilə çıxış edib.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI