Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

İtaliya nəşri Bakıda keçiriləcək COP29-dan gözləntilərdən yazıb

İtaliya nəşri Bakıda keçiriləcək COP29-dan gözləntilərdən yazıb
2-02-2024, 09:53 126 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ


İtaliyanın “La Ragione” nəşri Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu (COP29) sessiyasına ev sahibliyi etməsindən yazıb.

VETENİM-AZERBAYCANDIR.AZ xəbər verir ki, yazıda COP29-un ilin sonunda Azərbaycanda keçirilməsinin əhəmiyyətindən və beynəlxalq gözləntilərdən bəhs olunub. Məqalədə bildirilir ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına Bakının ev sahibliyi etmək üçün seçilməsi qlobal enerji diplomatiyasının perspektivləri ilə bağlı beynəlxalq müzakirələrin nəticəsidir. Çünki Azərbaycan karbohidrogenlərin hasilatı və satışı, həmçinin dayanıqlı enerji planlaşdırması perspektivləri sayəsində qlobal enerji reallığında xüsusilə yer tutan ölkədir.

Qeyd olunur ki, Azərbaycan 2030-cu ilə qədər təmiz ətraf mühitə və davamlı enerji artımına malik ölkə olmağı qarşıya məqsəd qoyub. 2016-cı ildə “Paris İqlim Sazişi”nə qoşulan Azərbaycan 2030-cu ilədək istixana qazlarının emissiyalarının səviyyəsinin 35 faiz azaldılmasını hədəfləyir. COP29-un bu il Bakıda keçirilməsi Azərbaycanın yaşıl enerji siyasətinə qlobal dəstəyi ifadə edir. Vurğulanıb ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.
Diqqətə çatdırılır ki, COP29-da bir araya gələcək ekspertlərin, fəalların və beynəlxalq nümayəndələrin debatları və müzakirələri Azərbaycana gələcəkdə karbohidrogen ixracından asılılığın aradan qaldırılması məqsədilə iqtisadiyyatın şaxələndirilməsi üçün getdiyi yolu daha da zənginləşdirməyə imkan verəcək. Azərbaycan enerji sahəsində əldə edilmiş təcrübə və yeni dayanıqlı texnologiyalar vasitəsilə istehsalın rəqabət qabiliyyətinin artırılmasına nail olmaq istəyir. Ölkə, həmçinin elmi, texnoloji, təhsil və akademik potensialı gücləndirməklə müasir sənayenin inkişafı imkanlarını dərinləşdirmək niyyətindədir.
Yazıda Azərbaycanın 2027-ci ilə qədər Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya qaz ixracını iki dəfə artırmağı planlaşdırdığı, ölkəmizdən Qara dənizlə “Köhnə qitəyə” bərpaolunan enerjinin ixracının nəzərdə tutulduğu qeyd olunur.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI