Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Ərəb nəşri: İlham Əliyevin prezident seçkilərində qələbəsi Yaxın Şərq regionu üçün əhəmiyyətlidir

Ərəb nəşri: İlham Əliyevin prezident seçkilərində qələbəsi Yaxın Şərq regionu üçün əhəmiyyətlidir
31-01-2024, 16:37 210 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

Ərəb ölkələrinin ortaq analitik nəşri olan “Souq Okaz” internet qəzetində “Sabitlik Cənubi Qafqazdan gəlir: İlham Əliyevin seçkilərdə qələbəsinin əhəmiyyəti” sərlövhəli geniş məqalə dərc olunub.

VETENİM-AZERBAYCANDIR.AZ xəbər verir ki, məqalədə Qəzza zolağında davam edən müharibənin dayandırılması və Yaxın Şərq regionunda sülhün bərqərar olması istiqamətində səylərin hələ də nəticəsiz qaldığı diqqətə çatdırılır. Yazıda vurğulanır: “Avropalıların Yaxın Şərq adlandırdıqları Qərbi Asiya çox mürəkkəb bir bölgədir və bu torpaqlarda sülh həmişə böyük səylərlə əldə edilir. Amma bu istiqamətdə son illərin ən yaxşı örnəyi var. 2020 ildə Azərbaycanla Ermənistan arasında Qarabağ uğrunda köhnə münaqişə yenidən başlayanda, habelə 2023-cü ildə həmin ərazidə antiterror tədbirləri aparılanda Prezident İlham Əliyev heyrətamiz dərəcədə müdrik hərəkət etdi. Bu qərarlar sayəsində ötən il müharibə olmadan Qarabağdakı ermənipərəst separatçı hökumət təslim oldu, hətta uzunmüddətli qarşıdurma imkanları belə aradan qaldırıldı”.

Qəzet daha sonra yazır: “Azərbaycanın hazırkı Prezidentinin şəxsiyyəti öyrənilməyə dəyər. İlham Əliyev bu keçmiş sovet respublikasını 2003-cü ildən bəri davamlı olaraq idarə edir. İyirmi il ərzində o, ölkəni təkcə Qafqazda deyil, Qərbi Asiyada, hətta Mərkəzi Asiyada əsas aktorlardan birinə çevirə bildi. Bu, daha çox onunla bağlıdır ki, İlham Əliyev danışıqlar aparmağı, əlaqələr qurmağı bacarır”.
Məqalədə diqqətə çatdırılır ki, indi Azərbaycanın iki güclü müttəfiqi var: Türkiyədə Rəcəb Tayyib Ərdoğan və Rusiyada Vladimir Putin. İlham Əliyev bütün türkdilli xalqları iqtisadi və siyasi əməkdaşlıq çərçivəsində birləşdirmək ideyasını həyata keçirmək üçün Ərdoğanla birgə işləyir. Türkiyə şirkətləri Azərbaycan iqtisadiyyatına sərmayə qoyur. İqtisadiyyat Nazirliyinin nəzdində fəaliyyət göstərən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib ki, Türkiyə indiyədək Azərbaycana 15 milyard dollara yaxın investisiya yatırıb. Onun sözlərinə görə, bu məbləğin 11,7 milyard dolları neft-qaz sektorunun, 3,5 milyard dolları isə qeyri-neft-qaz sektorunun payına düşüb. Türkiyə ilə hərbi əməkdaşlıq ordunu modernləşdirməyə və Qarabağda Qələbəyə nail olmağa imkan verib. Bundan başqa, Azərbaycan Cənubi Avropa və Çini Xəzər dənizi və Mərkəzi Asiya vasitəsilə birləşdirəcək logistik marşrutlar yaradır.
Ərəb ölkələri ictimaiyyətinin diqqətinə çatdırılıb ki, düşünülmüş siyasi kurs Azərbaycana müstəqil milli siyasət yürütmək imkanı verib. “Məsələn, yenidən Qarabağ məsələsinə qayıtsaq (bu, Azərbaycan xalqı üçün ən vacib daxili məsələdir), Rusiya münaqişənin Bakı ssenarisi üzrə həllinə qarışmadı. Bu kontekstdə Cənubi Qafqazın liderinə çevrilmiş Azərbaycanın iqtisadiyyatı da güclənir: Rusiyanın bu ölkəyə yatırdığı birbaşa investisiyalar son illərdə 10,5 dəfə artaraq 377,5 milyon dollara çatıb və ikitərəfli əlaqələr getdikcə güclənir”, -deyə yazıda vurğulanır.
Məqalədə qeyd edilir ki, İlham Əliyev Azərbaycanın əlverişli geosiyasi mövqeyindən yararlana bilib, müttəfiqlərin dəstəyini qazanıb və ölkəsinin milli inkişaf yolunu müəyyən edib. Doğrudan da, bu gün Bakı Körfəz, Rusiya, Türkiyə və Çinin kəsişmə nöqtəsinə çevrilib. Bu, uzun müddət davam edəcək.
“Souq Okaz” diqqətə çatdırır ki, yaxın günlərdə İlham Əliyevi yeni prezident seçkiləri gözləyir. “Bu seçkilər vaxtından əvvəl keçiriləcək və prezidentin özünün istəyi ilə baş tutacaq. Yeni qələbə İlham Əliyevin mövqeyini daha da gücləndirəcək. Ölkə onilliklər ərzində ilk dəfə suveren şəkildə tam birləşib və daha da irəli getməyə hazırdır. Respublikanın hazırkı prezidentinin beşinci dəfə prezident olacağı gözlənilir. Bu, Azərbaycanın qonşuları, eləcə də bütün Avrasiya üçün ən yaxşı variantdır”, -deyə yazıda qeyd edilir.
Məqalədə qeyd olunur ki, İlham Əliyevin etibarlı müttəfiqləri, gücü və təcrübəsi var. “O, məsələn, İsrail və HƏMAS arasında münaqişədə vasitəçi rolunu oynaya və bu torpaqlara sülh gətirə bilər. Azərbaycan Fələstin xalqı ilə ortaq dil tapa bilən İslam ölkəsidir. Digər tərəfdən, respublika hökuməti İsraillə yaxşı münasibətlər saxlamağa çalışır. Maraqlıdır, İlham Əliyev bu sülhməramlı rolu öz üzərinə götürərmi? O, sülhməramlı olduğunu artıq sübut edib, Qarabağ problemini qan tökmədən, sadəcə, səmərəli siyasi struktur qurmaqla həll edə bilib. Fevralın 7-də keçiriləcək seçkilərdən sonra Asiya qitəsi zamanın sınağından çıxmış, səmərəli fəaliyyəti öz ölkəsinin sərhədlərini aşan bu siyasi xadimi bir daha qəbul edəcək”, -deyə sonda vurğulanır.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI