Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Politoloq: Azərbaycanı itirmək Qərb üçün yaxşı heç nə vəd etmir

Politoloq: Azərbaycanı itirmək Qərb üçün yaxşı heç nə vəd etmir
31-01-2024, 10:44 112 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ


Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycana qarşı baş verən proseslər təsadüfi deyil. AŞPA-nın Azərbaycana qarşı qərəzli münasibəti 2020-ci ilin II Qarabağ müharibəsindən və 2023-cü ildə həyata keçirilən antiterror tədbirlərindən sonra daha da geniş vüsət almağa başladı. Azərbaycanda bir çox politoloqlar Qərb ölkələrində və bir sıra təşkilatlarda ölkəmizə qarşı aparılan bu cür məqsədyönlü siyasəti məhz Qarabağda vəziyyətin dəyişməsi ilə əlaqələndirirlər. AŞPA-dan Azərbaycana qarşı edilən təzyiqlərə baxmayaraq rəsmi Bakı öz mövqeyini açıq şəkildə bəyan edib və bu mövqeyinin də arxasında sonadək dayanıb. Məhz bu nöqteyi-nəzərdən Azərbaycan nümayəndə heyəti AŞPA-dakı fəaliyyətini qeyri-müəyyən müddətə dayandırıb. Azərbaycan Fransa, Amerika, Almaniya kimi böyük dövlətlər, həmçinin bir sıra Qərb institutları ilə münasibətlərin kəskinləşməsindən çəkinmir. Bir çox hallarda da onlara elə öz ritorikaları ilə oxşar cavablar da verir. Xatırladım ki, Fransa Senatı Azərbaycana qarşı sanksiyalar tətbiq etməklə bağlı çağırış edəndə də Azərbaycan Milli Məclisi Senata adekvat cavab vermişdi.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Topçubaşov Mərkəzinin direktoru, politoloq Rusif Hüseynov deyib.
Politoloq Qərb ictimaiyyətinin sırf Ermənistanı qazanmaq naminə Azərbaycandan imtina edib-etməyəcəyinin, həmçinin gərgin münasibətləri normallaşdırmaq üçün hansısa addımlar atıb-atmayacağının yaxın gələcəkdə aydın olacağını diqqətə çatdırıb. O qeyd edib ki, hazırda Qərbin Cənubi Qafqaz və Mərkəzi Asiya ilə bağlı strateji xətti formalaşır.
“Qərb dairələrinin əsas istəklərindən biri Cənubi Qafqazda möhkəmlənməkdir. Onların qonşu Gürcüstan və Ermənistandakı proseslərdə aktiv iştirakı da məhz möhkəmlənmək istəkləri ilə bağlıdır. Eyni zamanda, bir sıra Qərb ölkələri öz diqqətini fərdi şəkildə Mərkəzi Asiya regionuna da yönəldib. Qərb ölkələri növbəti illərdə Mərkəzi Asiya resurslarının Avropaya ixrac olunmasına çalışacaq. Bu kontekstdən baxdıqda, Cənubi Qafqazla Mərkəzi Asiya arasında əsas bağlayıcı ölkə olan Azərbaycanı itirmək Qərb üçün yaxşı heç nə vəd etmir. Əlavə olaraq, Yaxın Şərqdə baş verən münaqişələr və bir sıra proseslərin İranla bağlı olması da Azərbaycanın önəmini artıran digər amillərdən biridir. Ona görə də Qərb ölkələri öz vizyonlarını konkretləşdirib Azərbaycana qarşı fikirlərinin nədən ibarət olduğunu açıq-aydın bəyan etməlidirlər. Yəqin ki, bundan sonra Azərbaycan da həmin münasibətə uyğun olaraq adekvat reaksiyasını verəcək”, - deyə Rusif Hüseynov bildirib.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI