Zərif duyğuların tərənnümçüsü
30-01-2024, 22:58
249 dəfə baxılıb
VETENİM-AZERBAYCANDIR.AZ
Kövrək, eyni zamanda çox qürurlu bir xanımdan söz açmaq istəyirəm. Haqqı nahaqa verməyən, bəzən baş verən haqsızlara mənalı sükutla cavab verən bir xanımdan. Bu sakitliyi sevənlər onun daxili aləminin təlatümündən xəbərsizdilər. O, bu hayqırtını, insanlara bəzən inamsızlığı yazıya köçürüb, şeir dilində insanlara çatdırır.Yalan başa keçdi, düz düzdə qaldı,Su dibə çəkildi, lim üzdə qaldı.
Yaxşı nə gördümsə, o üzdə qaldı,
Adamlar dünyanı saldı gözümdən.
Bu misralar Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddinə məxsusdur. Haqqında düşüncələrimizi bölüşdüyümüz xanım, məhz Gülnarə xanımdı.
Gülnarə xanımı kitabxanada keçən il oxucu ilə üz üzə qoyub onun fikirlərini, düşüncələrini oxucularla paylaşmağını istədik. Kitabxananın yaxın dostu kimi, Gülnarə xanım əməkdaşlar tərəfindən çox sevilir. Sadəcə onun ailəsində baş verən ağır itki Gülnarə xanımın dünyasını darmadağın etdi. Ancaq adamlar dünyanı gözündən salsalar da, yaxın dostlar onu tərki dünya olmağa qoymadılar. Səbirlə onun bu hüzundən ayrılıb dostları arasına qatılmağın gözlədik. Və nəhayət Yazıçı, ssenarist Hafiz Ataxanlı kitabxanaya yaxınlaşıb fikrini paylaşanda, Gülnarə xanıma bir sürpriz etməyi deyəndə məmuniyyətlə razılaşdım. Məhz doğum günündə bu sürprizi reallaşdırmaq qərarına gəldik.
Beləliklə 27.01.2024--cü il tarixində yubiley tədbiri baş tutdu. Çox dostlar yığıldı, kim isə yerin darlığı qeyd etdi. 70 nəfərlik yerə adamları sıxışdırmaq çətin olsa da, bu isti bir münasibət və sevgidən xəbər verirdi. Həm də Gülnarə xanım kitabı, kitabxananı çox sevir. Burda yaranan səmimi, isti münasibət insanları daha da yaxınlaşdırdı. Sizə kimdən deyim, tədbirdə iştirak edən qonaqlardan. BeləlikləSumqayıt şəhər Mərkəzi kitabxanasında AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddinin yubiley gecəsi keçirildi. Öncə Şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.Moderatorlar yazıçı Hafiz Ataxanlı və Sumqayıt MKS in direktor əvəzi Natəvan Axundzadə Gülnarə Cəmaləddinin yaradıcılığından maraqlı detalları vurğuladılar. Sonra təbrik üçün Sumqayıt şəhər icra hakimiyyətinin məsul işçisi Fərman Kazımov şəhər icra hakimiyyəti başçısının imzaladığı Diplomu yubilyara təqdim etdi. Təbrik üçün gələn qonaqlardan
AYB nin katibi,Mətbuat Şurasının sədri Rəşad Məcid, AYB katibi Səlim Babullaoğlu çıxış edərək Sumqayıt bölməsinin inkişafındakı xidmətindən danışdılar və yubilyara AYB-nin sədri yazıçı Anar müəllimin adından Diplom təqdim olundu.
Əməkdar artistlər İzaməddin Bağırov,Cəlal Məmmədov, Nizami Gəncəvi adına kitabxana- klububun oxucuları G. Cəmaləddinin şeirlərini söylədilər.
Sumqayıt MKS uşaq bölməsinin müdiri Yeganə Hüseynovanın hazırladığı yumoristik səhnə də maraqla qarşılandı. Bu yumor sayəsində Gülnarə xanımın görünməyən xarakterləri üzə çıxdı. Təbii ki, bu bir yumor idi.
Şəhər icra hakimiyyəti yanında İctimai Şuranın sədri, yazıçı Hümbət Qüliyev, Axund Hacı Rauf, professor Rafiq Yusifoğlu, professor Turan İbrahimov, Sumqaylt Dövlət Rəsm Qalereyasının direktoru Ellada Həsənova, rejissor Etibar Bənnayev, şair Kəmalə Abıyeva, tənqidçi Bəsti Əlibəylinin təbriklərindən sonra Rövşən Nicatın ifasında G. Cəmaləddinin şeirlərinə bəstələdiyi mahnılar səsləndirildi. Mahmud Qaşqari Fondunun mükafat komissiyasının üzvü, şair İbrahim İlyaslı Gülnarə xanıma fondun mükafatını təqdim etdi.Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar isə yubilyarı qurumun adından Diplomla təltif etdi. Monitordan Türkiyəli dostların təbrikləri verildi Ünlü qələm adamları Fethi Akın,Fethat Livaneli,Çinar Arıkan,Fatma Arıkan və Mustafa Doğan Gülnarə xanımın Azərbaycan- Türkiyə ədəbi- mədəni əlaqələrinin inkişafındakı xidmətlərindən danışdılar.Gülnarə xanımın ustadı, şair Zirəddin Qafarlı isə çıxışında bu günkü səmimi tədbiri,əslində Gülnarə xanıma olan sevginin təzahürü kimi qiymətləndirdi.Həmçinin Heydər Əliyev Mərkəzinin direktoru Vüsalə Qurbanova təbriklərə qoşuldu. Beləliklə Gülnarə Camılədinin ömründən gözəl bir səhifə vərəqləndi. Biz dostlar ümid edirik ömür səhifəsini vərəqlədikcə bu yubiley tədbiri ona xoş anları yaşadacaq. Dəyərli Gülnarə xanım sizi bir daha təbrik edirəm, can sağlığı diləyirəm. Nə yaxşı ki, mənə də bu ömürdə sizin kimi xanımla tanışlıq düşüb. Var olun. Son olaraq bu yubiley tədbirinin keçirilməsi təşəbbüsünə görə yazıçı, ssenarist Hafiz Ataxanlıya təşəkkür edirəm. VETENİM-AZERBAYCANDIR.AZ informasiya portalının rəhbərliyi və kollektividə təbriklərə qoşulur.Sumqayıt MKS-in Direktor vəzifəsini icra edən :
Axundzadə Natəvan
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR<