Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Azərbaycana qarşı ikili standartların bariz nümunəsi

Azərbaycana qarşı ikili standartların bariz nümunəsi
30-01-2024, 22:54 238 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ


  
Azərbaycan nümayəndə heyəti AŞPA-da fəaliyyətini dayandırdı. AŞPA-da mövcud olan dözülməz irqçilik, Azərbaycanofobiya və İslamofobiya mühiti fonunda Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib. Avropa Şurası Parlament Assambleyasının fəaliyyətində beynəlxalq riyakarlığın təzahürünü, Azərbaycana qarşı olan qərəzli davranışı bütün dünya dövlətləri bir daha aydın şəkildə gördü. AŞPA-nın ölkəmizlə bağlı qərəzli mövqeyi həmin təşkilatın insan hüquq və azadlıqlarının müdafiəçisi olmasının yalan üzərində qurulduğunu bir daha təsdiqlədi. 
Azərbaycan müstəqil, suveren, demokratik və multikultural bir dövlətdir. Ölkəmiz 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra demokratik prinsiplərin inkişafına xüsusi önəm verib, insan hüquqlarının müdafiəsi və qanunun aliliyinin təmini istiqamətində əhəmiyyətli uğurlar qazanıb. Bütün bunları görməmək siyasi korluqdur.
Azərbaycan öz gücü ilə ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib. 2001-ci ildən 2020-ci ilə qədər AŞPA-nın, eləcə də 30 ilə yaxın müddətdə BMT Təhlükəsizlik Şurası kimi nüfuzlu bir qurumun edə bilmədiyini Azərbaycan cəmi 44 gün ərzində yerinə yetirdi. Azərbaycanla Ermənistan arasında münasibətlərin normalaşması isə kənardan bölgəyə müdaxilə cəhdlərinin qarşısını tam şəkildə ala bilər. Odur ki, öz maraqlarını təmin etməyə çalışan Fransa, Almaniya, ABŞ kimi dövlətlər regionda öz müstəqil siyasətini aparmağa çalışan yeganə dövlət kimi Azərbaycana qarşı yeni təzyiq mexanizmlərini işə salmağa çalışırlar. Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnun müvəqqəti məhdudlaşdırılması cəhdləri də bu senarinin bir hissəsidir.
30 il ərzində AŞPA Ermənistanın Azərbaycana qarşı təcavüzü və ərazilərin işğalı faktına qarşı heç bir tədbir görməyib. Halbuki, bir quruma üzv olan iki ölkədən birinin digərinin ərazisini işğal etməsi faktına görə ən azından işğalçının səs hüququ əlindən alına bilərdi. 2001-ci ildə Azərbaycan bu təşkilata üzv olarkən onun Ermənistanın işğalçı siyasətinə qarşı ciddi addımlar atacağına ümid edirdi. Lakin ötən dövrün təcrübəsi göstərir ki, ermənipərəst, islamofob qüvvələr bu təşkilatdan daim Azərbaycana qarşı vasitə kimi istifadə ediblər. AŞPA nəinki Ermənistanı işğalçı siyasətini tanımadı, eksinə erməni lobbisinin maraqlarına uyğun olaraq ölkəmizə qarşı müxtəlif vaxtlara qərəzli qətnamələr qəbul edib. Hansı ki, Avropa Şurasının əsas meyarı insan hüquqlarının qorunmasıdır. Lakin Ermənistanın işğalçı siaysəti nəticəsində yüz minlərlə azərbaycanlının doğma yurdlarından qaçqın və məcburi köçkün düşməsini bu təşkilat görməzdən gəldi. Bu da Azərbaycana qarşı ikili standartların bariz nümunəsidir. Bütün bunlar qurumun daxilində bəşəri dəyərlərin ayaq altına alındığını və Avropa Şurasının müəyyən dairələrin əlində alətə çevrildiyini təsdiqləyir. 

Fidan Hüseynova,
YAP Quba rayon təşkilatının sədri

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI