Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Soltan Məmmədov: AŞPA-nın qərəzli qərarları Azərbaycanla Ermənistan arasında sülh prosesinə zərbə vurur

Soltan Məmmədov: AŞPA-nın qərəzli qərarları Azərbaycanla Ermənistan arasında sülh prosesinə zərbə vurur
29-01-2024, 14:22 123 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi barədə verilən qərar ölkəmizə qarşı qərəzli siyasətin növbəti nümunəsidir.
Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Soltan Məmmədov söyləyib.
O bildirib ki, bu qərarla bağlı irəli sürülən “arqumentlər” Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsinin yaratdığı narahatlıqların təzahürüdür.
AŞPA-nın ölkəmizin ərazisinin 20 faizinin işğal altında olduğu dövrdə Ermənistanın təcavüzkar addımlarına adekvat siyasi qiymət vermədiyini xatırladan deputat qeyd edib: “Əksinə, müxtəlif formalarda, açıq və ya gizli mesajlarla bu işğala bəraət qazandırmaq cəhdlərini müşahidə etmişik. Avropa Şurasının bir üzvünün digər üzv ölkənin ərazisini işğal etməsinə heç bir ciddi reaksiya verilməyib. Halbuki beynəlxalq hüququn fundamental prinsipləri, eləcə də Avropa Şurasının yaydığı dəyərlər bu cür situasiyalarda konkret və qəti addımların atılmasını tələb edirdi”.
Deputatın sözlərinə görə, Azərbaycan Avropa Şurasına üzv olarkən əsas məqsədlərindən biri də bu idi ki, bu təşkilat işğal faktına aydın və qətiyyətli reaksiya versin, ona son qoyulması üçün Ermənistana qarşı konkret addımlar atılsın. Bunların heç biri baş vermədi. Ümummilli Lider Heydər Əliyev də Azərbaycanın təşkilata üzv qəbul olunması mərasimindəki nitqində bildirmişdi ki, Cənubi Qafqaz regionu ölkələrinin Avropa Şurasına daxil edilməsi regionda münaqişələrə son qoyulmasına, bölgədə və Avropada təhlükəsizliyin möhkəmləndirilməsinə xidmət etməlidir. Bu, Azərbaycanın Avropa Şurasından əsas gözləntiləri idi. Lakin biz bu gün görürük ki, faktiki olaraq Avropa Şurasından gözləntilər özünü doğrultmadı. Çünki bizə qarşı ikili standartlar siyasəti davam edir.
S.Məmmədov sonda qeyd edib ki, AŞPA-da ölkəmizə qarşı qəbul olunmuş qərəzli və qeyri-obyektiv qərarlar, əslində, Azərbaycanla Ermənistan arasında sülh prosesinə də zərbə vurur. Eyni zamanda, Azərbaycan dövlətinin və xalqının Avropa strukturlarına etimadının daha da sarsılmasına səbəb olur.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI