Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

02:03 - Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

01:56 - “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə dəyişikliklər təsdiqlənib

01:52 - Avropa çempionatı: Azərbaycanın daha bir güləşçisi finala yüksəlib

01:35 - 19 may 2024 cü ildə Ahəng Psixologiya Reabilitasiya İnkişaf mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetində "Sağlam ruh, sağlam cəmiyyət naminə" psixoloji masrifləndirici forum keçirildi.

17:34 - Prezident Qarabağ Universitetinə rektor təyin etdi

15:02 - Seyid İbrahim Rəisi: "İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür"

15:00 - Latviya parlamentinin sədri Füzulidə səfərdədir

14:58 - Prezident: "İki hidroqovşağın açılışı və istismara verilməsi tarixi hadisədir"

14:57 - Azərbaycan Prezidenti: "Bizim energetika sahəsində çox böyük planlarımız var"

14:56 - İlham Əliyev: "İran ilə Azərbaycan arasında dövlətlərarası münasibətlər ən yüksək səviyyəyə qalxıb"

02:11 - Kəlbəcərin Vəng kəndindən eksklüziv görüntülər - VİDEO

22:16 - İlham Əliyev Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməlini qoyub

22:13 - Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib.

19:09 - Rafael Ağayev Ginnesin Rekordlar kitabına düştü!

18:50 - Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası Türkiyədə keçirilən konfransda təmsil olunub - FOTO

Azərbaycan diasporunun üzvləri Haaqada mina terroruna qarşı dinc etiraz aksiyası keçiriblər VİDEO

Azərbaycan diasporunun üzvləri Haaqada mina terroruna qarşı dinc etiraz aksiyası keçiriblər VİDEO
28-01-2024, 21:58 48 dəfə baxılıb


VETENİM-AZERBAYCANDIR.AZ







“Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin və Benilüks Azərbaycanlıları Konqresinin (BAK) birgə təşkilatçılığı ilə Ermənistanın Niderlandın Haaqa şəhərindəki səfirliyi önündə dinc etiraz aksiyası keçirilib.

VETENİM-AZERBAYCANDIR.AZ xəbər verir ki, aksiya iştirakçıları Azərbaycanın uzun illər erməni işğalı altında qalmış ərazilərində Ermənistan tərəfindən basdırılan və bu gün də mülki şəxslərin ölümünə səbəb olan minaların xəritələrinin verilməməsinə etirazlarını bildiriblər. Onlar bu gün dünyada ən ciddi təhlükə olan mina terroruna son qoyulmasını tələb ediblər.

Aksiya iştirakçıları mina terroruna son qoyulması istiqamətində qəti tədbirlərin görülməsinin vaxtının çatdığını vurğulayıblar. Diqqətə çatdırılıb ki, münaqişə zonalarında bu partlayıcılar çox sayda insan itkisinə səbəb olur və münaqişədən sonrakı yenidənqurma işlərinə maneə yaradır.

Haaqada Ermənistan səfirliyi qarşısında toplaşmış aksiya iştirakçıları “Ermənistanın minaları mülki şəxsləri öldürür”, “Azərbaycan sülh, Ermənistan müharibə istəyir”, “Ermənistan sülh seçimin rədd edir” kimi şüarlar yazılmış plakatlar qaldırıb, İrəvanı sülhü dəstəkləməyə, mina xəritələrinin verməyə çağırıblar.
Aksiya iştirakçıları BMT-nin ali ədliyyə orqanı olan Beynəlxalq Ədalət Məhkəməsinin (İCJ) onların haqq səsini eşidəcəyinə ümid edirlər.
Aksiyanın məqsədi beynəlxalq ictimaiyyətin diqqətini mina terrorunun planetimizin gələcəyi üçün çox ciddi təhlükə olmasına, Ermənistanın Azərbaycan ərazilərini minalarla çirkləndirməsi probleminə yönəltmək və bu ölkədən Qarabağdakı mina sahələrinin xəritələrini verməyi tələb etməkdir.



Azərbaycan diasporunun üzvləri Haaqada mina terroruna qarşı dinc etiraz aksiyası keçiriblər VİDEO

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI