Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Azərbaycanın xaricdəki diplomatik missiyalarında prezident seçkisi Koreyada başlayacaq, ABŞ-də bitəcək

Azərbaycanın xaricdəki diplomatik missiyalarında prezident seçkisi Koreyada başlayacaq, ABŞ-də bitəcək
25-01-2024, 11:56 49 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ


Azərbaycanın seçki məntəqələri yaradılmış diplomatik missiyalarında fevralın 7-də keçiriləcək prezident seçkisi ölkənin Koreyadakı səfirliyində başlayaraq ABŞ-nin Los-Anceles şəhərindəki Baş Konsulluğunda tamamlanacaq.
Bu barədə VETENİM-AZERBAYCANDIR.AZ sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyindən bildirilib.Qeyd olunub ki, seçkilər ölkələrin yerli saat qurşaqlarına uyğun olaraq saat 08:00-da başlayacaq və 19:00-da başa çatacaq.
Mərkəzi Seçki Komissiyasına təqdim edilmiş məlumatlar əsasında seçkilərin ölkə hüdudlarından kənarda təşkili məqsədilə ümumilikdə 37 ölkədə 49 seçki məntəqəsi yaradılıb.
Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçiriləcək. Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparacaq.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI