01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
17:13 - Azərbaycanda Məhərrəm ayı başlayıb
17:11 - Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 107 il ötür
17:09 - Azərbaycanın 6 güləşçisi Avropa çempionatının finalına yüksəlib
17:08 - Nazir Məhsəti Allahyarovaya yüksək VƏZİFƏ VERDİ
17:06 - Ceyhun Bayramov İranın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib
16:56 - Ağdama prokuror təyin olundu
16:54 - İlham Əliyev TDT ilə sazişi TƏSDİQLƏDİ
19:12 - Təbrik edirik.
50-dən artıq diplomatik nümayəndəlik və konsulluqlarda səsvermə həyata keçiriləcək
VETENİM-AZERBAYCANDIR.AZ
7 fevral 2024-cü il tarixinə təyin olunmuş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinə hazırlıq prosesi barədə məlumat
7 fevral 2024-cü il tarixinə təyin olunmuş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində ölkə hüdudlarından kənarda yaşayan və ya uzunmüddətli xarici ezamiyyətlərdə olan Azərbaycan Respublikası vətəndaşlarının seçki hüququnun təmin edilməsi məqsədilə Xarici İşlər Nazirliyi tərəfindən müvafiq tədbirlər görülməkdədir.
Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqları tərəfindən ölkə hüdudlarından kənarda yaşayan və ya uzunmüddətli xarici ezamiyyətlərdə olan 18 yaşına çatmış vətəndaşlarımızdan ibarət seçici siyahıları hazırlanaraq Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim olunub.
Qeyd edək ki, Azərbaycan Respublikasının Seçki Məcəlləsinə əsasən konsul qeydiyyatına durmuş seçicilərin sayı 50-dən artıq olan diplomatik nümayəndəlik və konsulluqlarda səsvermə həyata keçiriləcək.
Mərkəzi Seçki Komissiyasına təqdim edilmiş məlumatlar əsasında seçkilərin ölkə hüdudlarından kənarda təşkili məqsədilə ümumilikdə 37 ölkədə 49 seçki məntəqəsi yaradılıb.
Ölkələrin yerli saat qurşaqlarına uyğun olaraq saat 08:00-19:00-da Azərbaycan Respublikasının seçki məntəqələri yaradılmış diplomatik missiyalarında keçiriləcək növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ölkəmizin Çin Xalq Respublikasındakı Səfirliyində başlayaraq, ABŞ-ın Los Anceles şəhərindəki Baş konsulluğunda tamamlanacaq.