Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Səməd Seyidov: Avropa Şurası daxilində danışıq aparmaq, dialoq qurmaq, mövcud vəziyyəti izah etmək mümkün deyil

Səməd Seyidov: Avropa Şurası daxilində danışıq aparmaq, dialoq qurmaq, mövcud vəziyyəti izah etmək mümkün deyil
24-01-2024, 20:40 505 dəfə baxılıb


VETENİM-AZERBAYCANDIR.AZ


Bəzi avropalı parlamentarilər bu gün Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini sual altına alaraq, nümayəndə heyətimizə qarşı ağlasığmaz ittihamlarla çıxış ediblər. Bütün bunlar düşünülmüş, planlaşdırılmış və Azərbaycana qarşı təşkil olunmuş kampaniyanın tərkib hissəsidir. Bunu nəzərə alaraq Azərbaycan nümayəndə heyəti AŞPA-da geniş, ətraflı bəyanat yaydı. Bəyanatda konkret olaraq vurğulamışıq ki, bu dözülməz şəraitdə, Azərbaycana, azərbaycanlılara qarşı əsassız ittihamlar səsləndirmək şəraitində işləmək mümkün deyil.

VETENİM-AZERBAYCANDIR.AZ xəbər verir ki, bu fikirləri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov söyləyib.

S.Seyidov bildirib ki, dialoq, qarşılıqlı hörmət əsasında işləməsi tələb olunan AŞPA, əslində, bütün bu dəyərlərdən çox uzaqdır. AŞPA-da bəzi avropalı parlamentarilər azərbaycançılığa, türkçülüyə, İslama, əməkdaşlığa, qarşılıqlı hörmətə qarşı çıxaraq, növbədənkənar prezident seçkilərinə müdaxilə edib ölkəmizdə demokratik şəkildə fəaliyyət göstərən institutlara kölgə salmaq, bununla da Azərbaycana zərbə vurmaq istəyirdilər.
“İyirmi il ərzində bu təşkilat Ermənistana qarşı heç bir sanksiya tətbiq etmədiyi, yüz minlərlə qaçqın və köçkün azərbaycanlıya hər hansı mesaj göndərmədiyi, onların problemləri ilə məşğul olmadığı və hətta nümayəndə heyətimizə bu problemlərlə məşğul olmağa qadağa qoyduğu halda, Azərbaycan öz torpaqlarını azad edəndən, ərazi bütövlüyünü və suverenliyini, sərhədlərini tam şəkildə bərpa edəndən sonra buradakı parlamentarilər ölkəmizə qarşı ciddi cəhdlə belə bir kampaniya başlamışdılar. Avropa Şurası, eləcə də digər beynəlxalq təşkilatlar Azərbaycanla şantaj dili ilə danışa bilməz. Heç kim ölkəmizi təhdidlərlə qorxuda bilməz. Azərbaycan ərazi bütövlüyünü bərpa etmiş qalib dövlətdir. Ona görə də belə cəhdlər Avropa Şurası öz Parlament Assambleyasının dəyərlərinə, mövcudluğuna, təsir imkanlarına, Avropada və dünyadakı nüfuzuna ciddi zərbə vurdu. Belə bir təşkilatın daxilində danışıq aparmaq, dialoq qurmaq, mövcud vəziyyəti izah etmək mümkün deyil.
Ona görə də bu gün nümayəndə heyətimizin yekdil qərarı ilə AŞPA-da fəaliyyətimizi dayandırırıq. Hesab edirik ki, bu, ölkəmizlə başqa dillə danışmaq istəyən ölkələrə, dairələrə ciddi siqnaldır. Azərbaycan qalib ölkədir, sözü haqdır. Azərbaycanın sözü eşidiləcək, dinləniləcək və nəzərə alınacaq”, - deyə S. Seyidov vurğulayıb.
O qeyd edib ki, nümayəndə heyətimiz AŞPA-ya yenidən qayıtmaq məsələsi barədə düşünəcək. Bu təşkilatda mövcud ab-hava dəyişməsə, insanlığa qarşı ritorika gündəlikdən çıxarılmasa, təşkilat ikili standartlara, islamofob, türkofob, azərbaycanofob münasibətlərə son qoymasa, bu, mümkün olmayacaq.
“Normal münasibətin şahidi olmasaq, qalib Azərbaycana layiqli münasibət göstərilməsə, nümayəndə heyətimiz öz mövqeyində qalacaq”, - deyə S.Seyidov qeyd edib.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI