09:54 - ASQİB Teleqüllədə tədbir keçirdi.
11:44 - TƏBRİK EDİRİK.
11:39 - Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa yolunun açılışında iştirak edib
11:36 - Leyla Əliyevanın doğum günüdür
11:33 - Azərbaycan güləşçisi Avropa çempionu olub
11:30 - Bakıda Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirilib
11:26 - Azərbaycan ilə Özbəkistan arasında imzalanmış sənədlər mübadilə edilib
11:24 - Şimali Kipr Prezidentinə AzTU-nun fəxri doktoru diplomu təqdim edilib
08:41 - Azərbaycan Polisi 107 yaşında
23:12 - Volodimir Zelenski İlham Əliyevə zəng edib
23:10 - Rəsmi Bakı Rusiyanı Azərbaycanın daxili işlərinə qarışmamağa çağırıb - NOTA
23:08 - Azərbaycan və Şimali Makedoniya arasında viza rejimi qismən ləğv edilib
23:04 - III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
23:00 - Mikayıl Cabbarov Laziz Kudratovun rəhbərliyi ilə ölkəmizdə olan biznes nümayəndələri ilə görüşüb
Ceyhun Bayramov ermənilərin ərazilərimizi minalamaq cəhdlərindən danışdı
Bu gün xarici işlər naziri Ceyhun Bayramov Latviya Seyminin Azərbaycan Parlamenti ilə əməkdaşlığın təşviqi qrupunun rəhbəri Roman Naudinşin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
XİN-dən Vetenim-azerbaycandır.az-a verilən məlumata görə, nazir Ceyhun Bayramov ölkələrimiz arasında mövcud olan, tarixi əlaqələrə və qarşılıqlı dəstək və əməkdaşlığa əsaslanan münasibətləri qeyd edib.
İkitərəfli və çoxtərəfli müstəvilərdə uğurla həyata keçirilən əməkdaşlığın perspektivləri vurğulanıb.
Roman Naudinş bölgədəki cari vəziyyətlə tanış olmaq baxımından səfərin əhəmiyyətini qeyd edib. Bölgədə sülhün təmin olunması üçün əldə edilmiş razılıqlara riayət edilməsinin vacibliyini ifadə edib. Latviya Seyminin üzvü, həmçinin, Azərbaycanın üzləşdiyi mina təhlükəsinin ciddiliyini vurğulayıb.
Nazir bölgədə mövcud olan cari vəziyyət, xüsusilə də Ermənistanın sərhəd bölgəsində gərginliyin artırılmasına xidmət edən addımları, sərhəd məntəqəsində diversiya-kəşfiyyat fəaliyyəti, o cümlədən, ərazilərin minalanması cəhdləri, eləcə də, üçtərəfli bəyanatların icrası, azad olunmuş ərazilərin bərpası prosesi ilə bağlı qarşı tərəfə məlumat verib.
Görüşdə tərəflər iki ölkə arasında mövcud olan əməkdaşlıq münasibətlərinin inkişafı, habelə Parlamentlər arasında, humanitar sahədə əlaqələrin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.