- Yaxşı ki, bu plan hazırlanıb. Baş planın olmadığı vaxtlarda Bakıda xaotik şəkildə tikinti işləri aparılırdı. İndi arzu edək ki, Baş plandan kənara çıxılmayacaq və plana uyğun da Bakının inkişafı gedəcək.
- Qeyd etdiyiniz kimi, artıq bir çox yerlərdə xaotik tikintini müşahidə edirik. Baş plan həmin ərazilərdəki xaotikliyi azalda biləcəkmi?
Baş planda nəzərdə tutulmuş yaşıllaşdırma və nəqliyyatla bağlı məsələlərin isə həyata keçiriləcəyini düşünürəm. Planda məni qane edən məsələ Bakıya qapalı şəhər konseptinin verilməməsi, bütövlükdə Abşeron yarımadası kimi yanaşılmasıdır. Bütün memarlar Bakı şəhərinin inkişafına Abşeron yarımadasının baza sistemi kimi baxılmalı olduğunu deyirdi. Baş plan hazırlanarkən bütün qurumlarla məsləhətləşmələr aparılıb, təkliflər nəzərə alınıb. Əsas məqam gələcəkdə bu planla bağlı nələrin olacağıdır. İnkişaf mərhələlərlə gedəcəkmi, yaxud plan bir sənədə çevriləcək və ona baxan olmayacaq? Ən qorxulusu da sənəd qəbul olunduğu halda, ona fikir verənin olmamasıdır.
- Baş planın həyata keçirilməsinə nəzarət nə dərəcədə önəmlidir?
Həmçinin planda Bakı şəhərində mühafizə olunan Mərkəzi Rayonun yaradılması nəzərdə tutulur. Düşünürəm ki, bu rayona nəzarət üçün Bakı Şəhər İcra Hakimiyyətinə səlahiyyət verilməlidir.
- Mühafizə olunan Mərkəzi Rayonun yaradılacağı, burada vahid memarlıq ansamblının qorunacağı, 5 mərtəbədən yuxarı binaların tikintisinə icazə verilməyəcəyi deyilir. Bəs bu günə qədər tikilmiş çoxmərtəbəli binaların şəhərin ümumi görüntüsünü korladığını düşünürsünüzmü?
Çoxmərtəbəli binalar üçün müəyyən yerlər seçilə bilər. Məsələn, “Port Baku” və ətrafındakı tikililər Bakının görüntüsünə gözəl təsir etdi, ansamblını yenilədi, dinamikasını artırdı.
- Baş planda köhnəlmiş mənzillərin söküləcəyi və əhalinin köçürüləcəyi qeyd olunur. Bu işlər daha çox hansı ərazilərdə aparıla bilər?
- Nəqliyyat infrastrukturu ilə bağlı yeniliklərə münasibətiniz necədir?
Metroya gəlincə, biz bu məsələdə yubandıq, özü də çox yubandıq. Metro tikintisini 90-cı illərdə düşünmək lazım idi ki, Bakı inkişaf edəcək, əhali sayı artacaq. Sənaye, yaşam inkişaf edir, lakin metro yerində sayır. Biz bunun zərərini indi görürük. Məsələn, Çinin Şanxay şəhərində 25 ilə 200-ə yaxın metro stansiyası tikildi. Bu, 1 ilə təqribən 10 stansiya deməkdir. Metronun yeraltı olması mütləq deyil, metro yerüstü də ola bilər. Sumqayıt, Lökbatan və Bakı kəndlərinə qədər yerüstü metronun olmasına nə mane olur? Hava limanına metro niyə yoxdur? Bunun üçün tunelə ehtiyac yoxdur. Məsələn, Londonda hava limanına metro yerüstü işləyir. Yerüstü metro tikintisi daha tez başa gəlir. Yeraltı metro isə gec tikilir, çünki Bakı şəhərinin yeraltı süxur qatı müxtəlifdir. Bu kimi problemlər ortaya çıxdığı üçün müddət uzanır. 3-4 ilə bir neçə yerüstü stansiya tikilə, Sumqayıta qədər gedilə bilər. Bu zaman insanlar da fərdi avtomobildən istifadə etməzlər. Baş planda nəqliyyat infrastrukturuna 17 mlrd manat ayrılması nəzərdə tutulur. Bu məbləğin böyük hissəsi yəqin ki, metroya ayrılıb. Bakı və Sumqayıtı birləşdirən yeni magistralın çəkilməsinə gəlincə, Sumqayıtdan bura onsuz da yol gəlir. Burada tıxaclar varsa, yolları artırmaq lazımdır? Bu yolda tıxacı azaltmağın yolu yerüstü metro xəttinin çəkilməsidir. Sumqayıtdan 5 ədəd yol gəlsə də, problemin həlli metro ilə bağlıdır. İnsanlar məcburiyyətdən fərdi avtomobil alır, heç benzin də ucuz deyil. 30 milyonluq şəhərlərdə avtomobildən deyil, metrodan istifadə edilir. Bizim yollardan da dar yolları olan Avropa şəhərlərində tıxac olmur.
Bakı şəhərinin 2 böyük problemi var: metro və kanalizasiya. Çünki yağış sularını da kanalizasiyaya qoşublar, yağış sularını düzgün yönəltmək lazım olduğunu düşünməyiblər. Xaotik inkişaf da belə ortaya çıxır: düşünülmədən Yasamalda binalara 20 min əhali kütləsi yığıldı, pilot layihələrlə 10 mindən çox əhali Şərq Bazarı yaxınlığında yerləşdirildi. Bəs burada əhaliyə uyğun kanalizasiya sistemi var idi? Əhali həmin ərazilərdə məskunlaşdıqdan sonra problemlərin həllini düşünürük. Nəqliyyat və kommunikasiya yaşam başlamazdan əvvəl həllini tapmalıdır.
Nəqliyyatın digər növlərindən danışdıq, lakin unutmaq olmaz ki, Bakı həm də dəniz sahilində yerləşir. Biz dəniz şəhəri ola bilmirik. Buna da mane olan hallar var. Belə ki, Xəzər dənizinin dibi metalla doludur. Bu yaxınlarda batan qayıq da metal dayağa dəydiyi üçün belə hadisə baş vermişdi. Baş planla bağlı müzakirələrdə belə bir təkliflə çıxış etmişdim və yaxşı olduğu qəbul edilmişdi. Bildirmişdim ki, Abşeron akvatoriyası boyunca kiçik limanlar olsun. Məsələn, Mərdəkandan Bakıya tıxaclara görə 1,5 saata gəlirik. Lakin 100 nəfərlik kiçik bərələrlə həmin rayona 1 saata çata bilərik. Biz dəniz yolu ilə həm də Sumqayıta, Lökbatana gedə bilərik. Bu, yalnız bizim üçün deyil, turistlər üçün də maraqlı olar. İstanbul buna ən yaxşı nümunədir.
Tramvayın adı çəkilsə də, heç kəs “dəniz boyu dayanacaqlar olsun” demir. İnsanlar avtomobili, qatarı, tramvayı görsə də, dənizi görmür. Bu kimi layihənin həyata keçirilməsi üçün neft çıxarılan vaxtdan qalan sahilboyu metal dayaqlar təmizlənməlidir. Bu metallara görə, yaxtalar rahat hərəkət edə bilmir. Nə qədər yaxta alınsa da, inkişaf getmədi, çünki çoxları zədələndi. Ümumilikdə, dəniz nəqliyyatını özəl şirkətlər həyata keçirə bilər.
- Baş planın icrasından sonra Bakı insanyönümlü şəhərə çevrilə biləcəkmi?
Bir digər problem avtobus zolağı olan yollarda velosiped zolağının çəkilməsidir. Bizdə bu qədərmi velosiped var? Avtomobilləri idarə edə bilmirik, velosiped üçün zolaq ayırırıq. Bəlkə də, lazımdır. Mən “velosiped yolları olmamalıdır” demirəm, lakin bu problem ümumi həll olunmalıdır.
- Baş planda universitet şəhərciyinin qurulacağı və ya mövcud universitetlərdən birinin köçürüləcəyi deyilir. Sizcə, hansı universitetlər köçürülməlidir və ya universitet şəhərciyi harada yaradılmalıdır?
- Məsələn, Kənd Təsərrüfatı Nazirliyi özü, ona aid olan kollec və liseylər niyə Xankəndidə olmasın? Kənd təsərrüfatı Bakıda niyə olmalıdır? Sənaye ilə bağlı universitetlər – Bakı Mühəndislik Universiteti, Azərbaycan Texniki Universiteti niyə Sumqayıtda olmasın? Avropada universitetlər elə yerdə açılır ki, həmin şəhərdə o sahənin nümunələri var. Məsələn, Almaniyada sənaye universitetlərinin əksəriyyəti Frankfurtdadır.
Azərbaycanda əksər universitetlər Bakıdadır. 2-3 pedaqoji universitet var, niyə? Bunları Naxçıvana Xankəndiyə, Gəncəyə, Sumqayıta köçürmək olar. Bu universitetlərin Bakıdan, ümumiyyətlə, köçürülməsinin tərəfdarıyam. Lakin Bakı ətrafına köçürüləcəksə, burada metro xətti olmalıdır. Əks halda insanlar öz şəxsi avtomobilindən istifadə edərək universitetlərə getdiyi üçün yenə də tıxac olacaq.
- 2040-cı ilə qədər planda nəzərdə tutulan bütün yeniliklərin icrası mümkündürmü?
Könül
Ölkə.Az