21:40 - Təbrik edirik.
13:41 - Sumqayıtda bu əraziyə 2000 kvadratmetr asfalt örtüyü salınıb-FOTOLAR
13:27 - AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir
13:24 - Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib
13:23 - Azərbaycan neftinin qiyməti enib
01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
17:13 - Azərbaycanda Məhərrəm ayı başlayıb
17:11 - Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 107 il ötür
17:09 - Azərbaycanın 6 güləşçisi Avropa çempionatının finalına yüksəlib
Muxtariyyətin 100 illiyinə ən layiqli töhfə - Naxçıvanlı alimin nəşri avropada 7 dilə tərcümə edilərək çap edildi
VETENİM-AZERBAYCANDIR.AZ
Nəşr tarixi XX əsrin əvvələrinə təsadüf edən, müxtəlif illərdə "Cavanlar həyatı", "Füqəra səsi" adı ilə nəşrini davam etdirən, iki əsrin güzgüsü sayılan "Şərq qapısı" qəzeti Naxçıvanın ictimai-siyasi həyatında özünəməxsus yer tutmaqdadır. Naxçıvanda maarifin, mədəniyyətin inkişafında, cəmiyyət həyatının müxtəlif sahələrinin işıqlandırılmasında, eləcə də insanlarda dünyagörüşü və düşüncə tərzinin formalaşmasında "Şərq qapısı"nın təsir gücü və fəaliyyəti danılmazdır.
"Şərq qapısı" qəzeti ümummilli lider Heydər Əliyevin hələ gənc yaşlarından dəyər verdiyi, onun təsiri ilə böyüdüyü, gələcəkdə siyasi xadim kimi yetişməsində xüsusi rol oynayan bir mətbu orqandır. Dahi öndər 1990-cı ildə Moskvadan xalqın tələbi ilə Naxçıvana qayıdışında ilk müsahibə verdiyi qəzet də, məhz "Şərq qapısı" qəzeti olmuşdur. "Şərq qapısı" 1991-lərin ilk xitabət kürsüsü olmuş, Yeni Azərbaycan Partiyasının ilk rüşeymləri bu qəzetin səhifələrində göyərmişdir..
"Şərq qapısı"qəzeti Naxçıvan Muxtar Respublikasının bir əslik yazılı salnaməsidir. Naxçıvan mətbuatının bayraqdarı olan "Şərq qapısı" qəzeti dövlətçilik ənənələrinin möhkəmlənməsində, tarixi hadisələrin ensiklopedik xarakter almasında, ictimai-siyasi proseslərin geniş ictimaiyyətə çatdırılmasında böyük təsiri ilə seçilməkdədir.
"Şərq qapısı" qəzetini eyni zamanda Azərbaycan Milli Azadlıq hərəkatının carçısı adlandırmaq olar. Hətta Sovetlər birliyindən ayrıldığını elan edərək özünü müstəqil Respublika elan edən Naxçıvan Respublikasında ilk müstəqil mətbu orqan 1990-cı ilin 20 yanvar tarixindən başlayaraq səkkiz nömrəsi işıq üzü görən "Şərq qapısı" qəzeti olmuşdur.
"Şərq qapısı" qəzeti eyni zamanda Naxçıvanda yaşayıb-yaradan ədəbi tənqidçilərin, ədəbiyyatşünas alimlərin yaradıcılıq tribunasıdır. Azərbaycan ədəbiyyatının mühüm yenilikləri, ədəbi proseslərin əsas istiqamətləri muxtar respublika oxucularına, məhz, bu qəzet vasitəsilə çatdırılıb. Ümumiyyətlə, Azərbaycan ədəbiyyat tarixinin öyrənilməsində "Şərq qapısı"nın müstəsna yeri və rolu vardır.
"Şərq qapısı" qəzeti sözün həqiqi mənasında regionda ədəbiyyat, jurnalistika, elm məktəbi funksiyasını yerinə yetirmişdir. Artıq Naxçıvanda Şərqqapısışünaslıq elmi formalaşmış, qəzet tədqiqat obyektinə, elmin bir sahəsinə çevrilmişdir.
"Şərq qapısı" qəzetinin ilk tədiqatçısı filologiya üzrə fəlsəfə doktoru, dosent Surə Seyiddir. Müəllifin bugünədək qəzetin tarixi ilə bağlı bir monoqrafiya, azərbaycan və ingilis dillərində 2 dərs vəsaiti nəşr edilmişdir. 2019-cu ildə Lambert nəşriyyat evi ilə bağlanan müqaviləyə əsasən müəllifin nəşrə hazırladığı "Naxçıvan mətbuat tarixi" ("Şərq qapısı" qəzetinin materialları əsasında) kitabı Almaniyada işıq üzü görmüş və dünyanın tanınmış kitab satışı mərkəzlərində yayımı və satışı təşkil edilmişdir. Avropa və Amerikada kitaba olan marağın artdığı nəzərə alınaraq Avropa nəşriyyatları ilə bağlanmış müqaviləyə əsasən kitab 7 dilə- alman, fransız, italyan, rus, portuqal, ispan, ingilis dillərinə tərcümə edilərək dünyanın bir çox kitab yayımı portallarında yayıma və satışa çıxarılmışdır. Hər biri beynəlxalq ISBN kodu ilə təmin edilən bu nəşrləri dünyanın istənilən kitab satışı bazasından əldə etmək olar.
"Naxçıvan mətbuat tarixi" adlı nəşrin Avropanın tanınmış nəşriyyatlarında 7 dildə nəşr olunaraq beynəlxalq bazaya yüklənməsi, Naxçıvanın muxtariyyat tarixinin 100 illiyinə ən layiqli töfhədir.