19:04 - Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
18:48 - Xankəndidə Azərbaycan və İran prezidentlərinin görüşü keçirilib
18:41 - İlham Əliyev Xankəndidə Rəcəb Tayyib Ərdoğanla görüşüb
18:38 - Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
18:37 - Prezident: Qərbi azərbaycanlıların hüquqlarının təmin edilməsi də böyük əhəmiyyət kəsb edir
18:29 - İlham Əliyev Xankəndidə BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib
18:28 - Tacikistan Prezidenti Xankəndiyə gəlib
18:27 - Ərdoğan Azərbaycana səfərə gəlib - YENİLƏNİB
09:54 - ASQİB Teleqüllədə tədbir keçirdi.
11:44 - TƏBRİK EDİRİK.
11:39 - Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa yolunun açılışında iştirak edib
11:36 - Leyla Əliyevanın doğum günüdür
11:33 - Azərbaycan güləşçisi Avropa çempionu olub
11:30 - Bakıda Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirilib
Azərbaycan tarixinə qanla yazılmış 20 Yanvar hadisələri Azərbaycan xalqına qarşı törədilmiş ən qatı cinayətdir.
VETENİM-AZERBAYCANDIR.AZ
Azərbaycan tarixinə qanla yazılmış 20 Yanvar hadisələri Azərbaycan xalqına qarşı törədilmiş ən qatı cinayətdir. Paytaxt Bakıda gecəyarı fövqəladə vəziyyət tətbiq edilərək qatı cinayətə imza atmağa hazırlaşan mənfur lar bu məsələdən əhalini xəbərdar edilməmişdir. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdür. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda yanvarın 25-də Neftçala, yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilmişdir. Ümumilikdə 131 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir.
20 Yanvar faciəsi dünya azərbaycanlıların təşkilatlanmasına səbəb oldu. Faciədən sonra Azərbaycanda sovet imperiyası özünün bütün mənəvi və sosial dayaqlarını itirdi, ölkənin müstəqilliyi ideyası ümummilli amala çevrildi, dünya azərbaycanlıları yeni siyasi tariximizdə ilk dəfə olaraq milli faciəmizin tanıdılması və nəticələrinin aradan qaldırılması naminə yaşadıqları müxtəlif ölkələrdə təşkilatlanmağa başladılar.
Xalqımızın belə müşkül bir məqamda güclü, iradəli və qətiyyətli bir siyasət adamına ehtiyacı böyük idi. O, şəxsiyyət də məhz yeni və müasir Azərbaycanımızın qurucusu və memarı olan böyük siyasət adamı, xalqımızın Ümummilli Lideri Heydər Əlirza oğlu Əliyev oldu.
Bu gün 20 yanvar hadisələrindən bizi uzun illər ayırsa da o qətliam böyükdən kiçiyə hər birimizin yaddaşlarında əbədi bir iz goymuşdur. Hec nə unudulmur, sadəcə keçmişimizdən dərs alaraq uğurlu addımlarla qarşıya doğru addımlamağa bacardı güçlü və qüdrətli Azərbaycan xalqı. Və bu mətinlik və vətənpərvərlik xalqımızı 44 günlük şanlı Zəfərimizə qovuşdurdu. Allah bu sevincimizi bizlərə çox görməsin. Qürurluyuq!
Allah dövlətimizi qorusun.
Müstəqilliyimiz, azadlığımız və yüksəlişi iz uğrunda canını fəda edən bütün Vətən fədailərinə Allahdan qəni-qəni rəhmət diləyirəm!
Ruhunuz şad olsun qırmızı qərənfillərə qərg olub əbədi yaşar dünyaya sakin olanlar!
Kamran Orucov
Vətənim-Azərbaycandır. az xəbərlər informasiya portalının təsisçisi və baş redaktoru.