Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Ukraynadakı Azərbaycan diasporu yeni hədəflərə doğru

Ukraynadakı Azərbaycan diasporu yeni hədəflərə doğru
17-01-2024, 14:30 161 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ





Qarabağ Zəfərindən sonra dövlətimizin yeni inkişaf strategiyasını, milli ideologiyanın yeni istiqamətlərini müəyyənləşdirməsi prioritet vəzifəyə çevrilib. Cəmiyyətimizdə bununla bağlı diskussiyalar gedir, bu məsələ ictimaiyyət arasında müzakirə mövzusuna çevrilib. O cümlədən xarici ölkələrdə yaşayan soydaşlarımız da bu müzakirələrə fəal qoşulublar. “İndiyə qədər xarici ölkələrdə milli təbliğat istiqamətimiz Qarabağ idi və artıq Qələbə qazandıq, bundan sonra diasporun aparmalı olduğu əsas yeni ideoloji istiqamətlər hansılardır?” sualı ətrafında müxtəlif təkliflər səslənməkdədir.
Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Mirqorod şəhər və Mirqorod rayon təşkilatının sədri Zamir İsmayılov AZƏRTAC-a açıqlamasında bildirib ki, digər ölkələrdə olduğu kimi, Ukraynadakı diasporumuz da yeni hədəflər istiqamətində fəaliyyətini gücləndirməlidir. Diaspor fəaliyyəti lobbiçiliyə çevrilməlidir.
“Ukraynada yaşayan soydaşlarımız yerli şuralara, Ali Radaya deputat seçilmək istiqamətində səylərini birləşdirməlidirlər. Ukraynanın dövlət strukturlarına inteqrasiya artmalıdır”, - deyə diaspor fəalı vurğulayıb.
Onun sözlərinə görə, təbii ki, Azərbaycanın Zəfərini, uğurunu həzm edə bilməyən xarici qüvvələr ölkəmizə qarşı çirkin kampaniyanı, təzyiqi dayandırmayacaq. Azərbaycan diasporu ölkəmizə qarşı hər bir təxribatla bağlı ayıq-sayıq olmalı, yeni milli strategiyanın tələblərindən irəli gələn hədəflərə çatmaq üçün səylərini gücləndirməlidir.
Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Gənclər və idman departamentinin rəhbəri, Lvovdan diaspor fəalı Şəhriyar Məhərrəmov isə  bildirib ki, Qarabağ Zəfərindən sonra dövlətimizin yeni inkişaf strategiyası və milli ideologiyanın yeni istiqamətləri müəyyənləşib. Ona görə də Azərbaycanın xaricdə fəaliyyət göstərən diaspor təşkilatları qarşısında artıq yeni hədəflər qoyulub və digər ölkələrdə də olduğu kimi, Ukraynada yaşayan diaspor fəallarımız da fəaliyyətini artıq bu yeni məqsədlərə çatmaq istiqamətində quracaq.
“Sözsüz ki, biz artıq lobbiçilik fəaliyyəti haqqında düşünməliyik və diaspor olaraq dövlətimizin güclənməsinə daha ciddi töhfə və dəstək verməliyik. Yerli seçkili orqanlara və Ali Radaya seçilmək, ümumiyyətlə, diasporun Ukrayna cəmiyyətinə inteqrasiyası, soydaşlarımızın yüksək vəzifələrə təyin olunmaları üçün səylər birləşdirilməlidir. Qarabağın yenidən qurulmasına, Azərbaycanda yeni islahatların aparılmasına diaspor da öz töhfəsini verməlidir”, - deyə Lvovdan olan diaspor fəalı vurğulayıb.
O bildirib ki, ümumiyyətlə, dünyada fəaliyyət göstərən diaspor təşkilatları vahid yeni milli ideologiyanın, strategiyanın formalaşması istiqamətində “Yol xəritəsi” hazırlamalı və Azərbaycan dövlətinə təqdim etməlidir.
 

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI