21:40 - Təbrik edirik.
13:41 - Sumqayıtda bu əraziyə 2000 kvadratmetr asfalt örtüyü salınıb-FOTOLAR
13:27 - AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir
13:24 - Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib
13:23 - Azərbaycan neftinin qiyməti enib
01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
17:13 - Azərbaycanda Məhərrəm ayı başlayıb
17:11 - Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 107 il ötür
17:09 - Azərbaycanın 6 güləşçisi Avropa çempionatının finalına yüksəlib
Jan-Lük Reytzer: Natəvanın heykəlinə qarşı vandalizm aktı Fransada Azərbaycana qarşı qarayaxma kampaniyasının təzahürüdür
VETENİM-AZERBAYCANDIR.AZ
Evianda azərbaycanlı şairə Xurşidbanu Natəvanın heykəlinə qarşı törədilmiş vandalizm aktına çox kədərləndim və bunu təəccüblə qarşıladım. Təəssüf ki, Fransada Azərbaycana qarşı olan digər mənfi hallar kimi, bu vandalizm aktı da Azərbaycana qarşı qarayaxma kampaniyasının ifadəsidir. Bunun səbəbi Azərbaycanla bağlı reallıqların yayılmasına mane olmaq və əsl vəziyyəti tamamilə təhrif edən medianın manipulyasiyasıdır.
Bu fikirləri sabiq fransalı parlamentari Jan-Lük Reytzer (Jean-Luc Reitzer) Evian şəhərində tanınmış Azərbaycan şairi Xurşidbanu Natəvanın heykəlinin vandalizm aktına məruz qalması ilə bağlı suala cavab olaraq söyləyib.
Sabiq deputat bildirib ki, nüfuzlu beynəlxalq təşkilatlarda aparılan müzakirələrdə Qarabağdakı separatçılara qarşı Azərbaycanın mübarizəsinə, eləcə də bu ölkənin öz suverenliyini və bütövlüyünü bərpa etməsinə haqq qazandırılıb. Bu separatçı qrupun qondarma “respublikası” dünyanın heç bir ölkəsi, hətta Ermənistan tərəfindən də tanınmamışdı. Bu ərazilər Azərbaycanın tarixi torpaqlarıdır. Məhz buna görə də Azərbaycan hakimiyyətinin bu mövzu ilə bağlı mövqeyi ədalətli və haqlıdır.
“Ancaq təəssüf ki, bu reallıqların fransız mediasında tamamilə təhrif edilməsi bu gün Fransada anti-Azərbaycan reaksiyanın yaranmasına gətirib çıxarıb.
Evianda Natəvanın heykəlinə qarşı törədilən vandalizm aktı Azərbaycanın zəngin mədəniyyətinə, eləcə də mədəni irsə qarşı yönəlib. Bu vandalizm aktı cəzasız qalmamalıdır”, - deyə fransalı siyasətçi vurğulayıb.
Bizi s