Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Fidanla Blinken bu mövzuları müzakirə etdilər

Fidanla Blinken bu mövzuları müzakirə etdilər
7-01-2024, 12:11 171 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ


Türkiyənin Xarici işlər naziri Hakan Fidan ilə Türkiyədə səfərdə olan ABŞ Dövlət katibi Antoni Blinken arasında görüş keçirilib.

VETENİM-AZERBAYCANDIR.AZ xəbər verir ki, görüş ilə bağlı Türkiyə tərəfi açıqlama verib.

Bildirilib ki, görüşlərdə iki ölkə arasında münasibətlər ətraflı müzakirə olunub. Bir çox məsələ ilə yanaşı, Azərbaycan və Ermənistan arasında aparılan danışıqlara da toxunulub.
Qeyd edilib ki, Hakan Fidan həmsöhbətinə ölkəsinin F-16 hərbi təyyarələrini satınalma prosesinin yekunlaşmasını gözlədiyini ifadə edib.
İsveçin NATO-ya üzvlük prosesinə toxunun nazir bununla bağlı yekun qərarı Türkiyə parlamentinin verəcəyini deyib.
İsrail-Fələstin qarşıdurmasının da müzakirə edildiyi görüşdə Fidan bu münaqişə ilə bağlı dərhal atəşkəsin elan edilməsi və bölgəyə humanitar yardımların çatdırılmasının vacibliyini vurğulayıb.
Türkiyəli nazir İsrail ilə Fələstin arasındakı məsələnin bir an əvvəl iki dövlət prinsipi əsasında həlli istiqamətində müzakirələrin başlaması çağırışını təkrarlayıb.
İki dövlət rəsmisi arasında Rusiya-Ukrayna qarşıdurması da müzakirə edilib. Fidan Türkiyənin Qara dənizdə gərginliyə qarşı olduğunu, ölkəsinin Rusiya və Ukraynada istehsal olunan qida məhsullarının dünya bazarlarına təhlükəsiz şəkildə çatdırılması üçün göstərdiyi səyləri xatırladıb.
Görüşdə Suriya və İraq kimi regional məsələlər də müzakirə olunub.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI