Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Səfirimizin məqaləsi İsveçin nüfuzlu “Svenska Dagbladet” qəzetində dərc olunub

Səfirimizin məqaləsi İsveçin nüfuzlu “Svenska Dagbladet” qəzetində dərc olunub
6-01-2024, 16:20 103 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

 

İsveçin ən aparıcı mətbuat qurumlarından olan və geniş oxucu kütləsinə malik “Svenska Dagbladet” qəzetində Azərbaycan Respublikasının İsveç Krallığındakı səfiri Zaur Əhmədovun məqaləsi dərc edilib.
VETENİM-AZERBAYCANDIR.AZ xəbər verir ki, səfir məqalədə Azərbaycanın 2024-cü ildə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi etməsi ilə bağlı qərarın yekdilliklə qəbul olunduğunu və bunun Azərbaycan və Ermənistan arasında normallaşma istiqamətində müsbət irəliləyişlər fonunda baş verdiyini xatırladıb.
O, ölkəmizin yaşıl enerjiyə keçid istiqamətində atdığı ardıcıl addımlar, eləcə də Avropaya yaşıl enerji ixracı məqsədilə Azərbaycan və tərəfdaşları tərəfindən əsası qoyulmuş Qara dəniz sualtı elektrik xətti barədə məlumat verib.
Yazıda beynəlxalq ictimaiyyət tərəfindən etibarlı tərəfdaş kimi qəbul edilən Azərbaycanın daha öncə BMT TŞ-nin qeyri-daimi üzvü olduğu, hazırda isə BMT-dən sonra ikinci ən böyük təsisat olan Qoşulmama Hərəkatında sədrlik etdiyi xatırladılıb.
Habelə, ölkənin Avroviziya mahnı müsabiqəsi, Avropa Oyunları, Avropa Liqasının finalı, Avropa futbol çempionatının görüşləri, Formula 1, Beynəlxalq Astronavtika Konqresi və s. kimi çoxsaylı mötəbər beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etmək təcrübəsinin olduğu vurğulanıb.
Məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi altında COP29-a ilk hazırlıq iclasının keçirildiyi və müvafiq dövlət qurumları tərəfindən bu mötəbər tədbirin də ən yüksək beynəlxalq standartlara uyğun səviyyədə təşkil olunacağına əminlik ifadə edilib.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI